Icma.az
close
up
RU
Sülhə Ağ ev TƏMİNATI

Sülhə Ağ ev TƏMİNATI

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı tarixlə bağlı müxtəlif açıqlamalar verilir. 

Əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini deyib. Daha sonra isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ona cavab verib. Onun sözlərinə görə, sözügedən saziş hətta daha erkən imzalana bilər: 

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda imzalayacaqlar”. 

Qeyd edək ki, sülh müqaviləsinin imzalanması vaxtından daha çox rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Çünki Azərbaycanın Ermənistandan konkret olaraq konstitusiya dəyişikliyi və referendum keçirmək kimi təməl tələbləri var. Ermənistanda gələn ilin birinci yarısında parlament seçkiləri keçiriləcək. 

Bu isə o deməkdir ki, həmin tələblərin icrası gələn ilin ikinci yarısına qalacaq. Ona görə ki, Paşinyanın seçkidən əvvəl belə addım atması inandırıcı görünmür. Buna baxmayaraq, sülh müqaviləsinin seçkidən öncə imzalanması üçün ABŞ-nin Ermənistanın öhdəliklərini icra edəcəyinə dair təminat verməsi mümkündür. Yalnız bu halda sülh müqaviləsi qısa zamanda imzalana bilər. 

Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh kifayət qədər etimadlı bir mərhələdədir: 

“Prezident İlham Əliyev də bir müddət əvvəl bu barədə açıqlama verib. Yəni artıq Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının formal proseduru qalır. Sülhlə bağlı tərəflər prinsipial razılığa gəliblər. Qənaəti möhkəmləndirən məsələlərdən biri də ATƏT-in Minsk qrupunun müvafiq strukturlarının buraxılması ilə bağlı qərar oldu. Lakin Azərbaycanın Ermənistan konstitusiyasında dəyişikliklərin aparılması ilə bağlı haqlı tələbi də var. Hazırda əsas tələb də məhz budur”. 

Ekspert diqqətə çatdırıb ki, parlament seçkilərindən öncə referendum keçirmək Paşinyan üçün risk ola bilər: 

“Çox böyük ehtimalla 8 avqustdakı Vaşinqton danışıqlarında Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində olan real situasiyadan bəhs edib. Yəni Ermənistandakı “5-ci kolon”un, ənənəvi müxalifətin və erməniəsilli rusiyalı milyarderlərin ölkə siyasətinə müdaxiləsi fonunda referendum keçirilməsinin Paşinyan hakimiyyəti üçün təhlükə yaratma ehtimalı var. 

Ermənistanın sona qədər öz öhdəliklərinə sadiq qalacağına dair zəmanəti ola bilər. Hesab edirəm ki, bu halda Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması prosesini tezləşdirər. Çünki sülh müqaviləsinin imzalanması ilə iki ölkə arasındakı digər proseslər başlanmalıdır”. 

Taleh Əliyev hesab edir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma prosesinin tezləşməsi mümkündür: 

“Artıq amerikalı investorlar öncə Bakıya, sonra isə İrəvana səfər etdilər. Hətta ABŞ tərəfindən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 45 kilometrlik nəqliyyat qovşağının tikintisi üçün 145 milyon dollar vəsaitin ayrılacağına dair xəbərlər yayılıb. Əslində, bu proseslərin başlaması formal sülh müqaviləsinin imzalanması prosesini də tezləşdirə bilər. 

Sadəcə burada Ermənistan hakimiyyətinin dayanıqlı olmaması həm Azərbaycanı, həm də qardaş Türkiyəni narahat edə bilər. Bu gün Ermənistandakı vəziyyət bir ölkənin növbəti parlament seçkilərinə hazırlıq prosesi deyil. Hazırda orada Rusiya ilə Qərbin ciddi və həlledici mübarizəsi gedir”. 

Müsahibimizin sözlərinə görə, ABŞ-nin təminatına etibar etmək olar: 

“Çünki bu, kifayət qədər ciddi təminat ola bilər. ABŞ artıq Cənubi Qafqaza yeni investisiyalar yatırır. Bu təminat təkcə Azərbaycan üçün verilmiş vəd olmayacaq, həm də Vaşinqtonun regiondakı sərmayesi üçün zəmanət olacaq. 

Ağ Ev Ermənistanın Rusiyanın orbitindən tamamilə çıxaraq öz yanında yer almasını istəyir. Referendum keçirilmədən ABŞ-nin verdiyi təminatla sülh müqaviləsinin imzalanması tezləşdirilə bilər. Yəni sülh müqaviləsinin seçkidən öncə də imzalanma ehtimalı var. Konkret vaxt söyləmək çətindir. İlin sonuna və ya gələn il əvvəllərinə doğru baş verməsi mümkündür”.

Elmir Mustafa
"Cebheinfo.az" 

Açar sözlər: Sülh Ağ ev Taleh Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri