Icma.az
close
up
RU
Sülhə dönüş anı

Sülhə dönüş anı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Real sülhə aparan konkret addım. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən görüşü və onun yekunlarını məhz bu cür xarakterizə etmək olar. Çünki görüş Bakı-İrəvan barış gündəminin bütün spektrini əhatə edib. Buna qədər qət edilən dövrə – 44 günlük müharibədəki Zəfərdən sonrakı son dörd il səkkiz aya nəzər yetirsək, aydın bir siyasi mənzərəni görə bilərik. Azərbaycanın liderliyi mənzərəsini.

Rəsmi Bakı ötən müddətdə sülhpərvər təşəbbüslərini daim, fasiləsiz davam etdirməklə yanaşı, özünün irəli sürdüyü sülh variantının Ermənistan üçün də məqbul və faydalı olduğunu göstərdi. Nəinki göstərdi, eyni zamanda buna rəsmi İrəvanı da inandırmağı bacardı. Əlbəttə, qarşı tərəfin düz yola gəlməsi heç də rəvan məcrada getmədi...

Bəli, Ermənistanın Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasını qəbul etməkdən başqa yolu yoxdur. N.Paşinyanın regionda sülhün yaranmasında maraqlı olmayan xarici qüvvələrin kimliyini yaxşı tanımaq üçün kifayət qədər zamanı oldu. İrəvanın iki ölkə arasında “tet-a-tet” danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəlməsinin bir səbəbi də məhz budur. Ermənistan hakimiyyəti bu görüşü və onun üçün yaranmış fürsəti düzgün dəyərləndirməli, tarixi şansı əldən buraxmamalıdır.

Onu da bildirək ki, Əbu-Dabinin görüş yeri kimi seçilməsi təsadüfi deyil. Çünki BƏƏ neytraldır, münaqişə tərəfləri ilə normal diplomatik münasibətlərə malikdir. Deməli, artıq tarixə çevrilmiş vasitəçilik ampluasından da uzaqdır.

Beləliklə, Əbu-Dabidə Azərbaycan–Ermənistan ölkələrarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. Nəticədə həm texniki səviyyədə - ixtisaslaşmış işçi qruplarının işi çərçivəsində, həm də daha yüksək siyasi səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə ümumi razılıq əldə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunub. Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Geniş formatlı görüşdə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə işlərin davamı üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin ölkələr arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərinin də davamı barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan liderlərinin təkbətək görüşünün nəticələri də onu deməyə əsas verir ki, Ermənistanın regionda uzunmüddətli sabitliyə nail olmaq meyilləri, habelə ölkənin sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması məsələsində irəliləyiş əldə edilməsinə çalışması yaxın aylarda yekun müsbət nəticənin əldə olunmasını mümkünləşdirə bilər. Azərbaycan XİN-in məlumatında o da qeyd olunur ki, Əbu-Dabi görüşündə tərəflər onilliklər ərzində gərginlik mənbəyi olaraq qalmış sərhədlərin delimitasiyası məsələsinə diqqət yetirib, regionun iqtisadi və geosiyasi xəritəsini dəyişdirmək potensialına malik strateji nəqliyyat arteriyası olan Zəngəzur dəhlizinin açılmasına, bununla paralel olaraq sülh müqaviləsinin paraflanmasına hazırlıq prosesini müzakirə ediblər. Bu məsələlər üzrə müzakirələrin dərin və məzmunlu olması danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deməyə imkan verir.

Əslində, Bakı–İrəvan dialoqu yalnız rəsmi mövqelərin mübadiləsi ilə məhdudlaşmayıb. Görüşdə real və konkret təkliflərin müzakirəsi aparılıb ki, bu da ümumi maraqların sərhədlərini və fikir ayrılıqlarını daha aydın şəkildə müəyyənləşdirməyə imkan verib.

Belə nəticəyə gəlmək olar ki, Əbu–Dabidə görüşü sülhə aparan yolda çox mühüm mərhələ hesab edilməlidir. Bu görüş özündə vasitəçilik və himayəçilik missiyalarından imtina etmiş, qonşu kimi yaşamağı öyrənməli olan ölkələr arasında sağlam və yetkin dialoqa keçidi əks etdirir. Bəli, arzuolunan sülh müqaviləsi hələ qarşıdadır, amma ona nail olmağın mümkünlüyü heç vaxt olmadığı qədər realdır. Ümid edək ki, proses tezliklə reallaşacaq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Əbu-Dabi görüşünün əsas üstünlüyü odur ki, danışıqlar heç bir vasitəçi olmadan aparıldı. Həm geniş formatda, həm də təkbətək təmaslarda çox ciddi məsələlər müzakirə olundu. Əlbəttə, yığılmış problemləri bir görüşdə həll etmək mümkün deyil. Üstəlik, Ermənistan Azərbaycanın əsas şərtlərinə hələ əməl etməyib. Həmin şərtlər kifayət qədər əsaslandırımış və aydın şəkildə irəli sürülüb. Söhbət Ermənistan konstitusiyasında qonşularına qarşı ərazi iddialarının yer aldığı müddəaların aradan qaldırılmasından və ATƏT-in Minsk qrupunun de-yure ləğvindən gedir. Zəngəzur dəhlizinin açılması kimi çox vacib məsələ də öz həllini tapmalıdır. Mövcud reallıq ondan ibarətdir ki, Nikol Paşinyan hazırda ölkə daxilində bir çox problemlərlə üzləşib. Müxalif siyasi qüvvələrin alyansı ona qarşı çıxışlar edir, satqın adlandırırlar. Belə bir şəraitdə baş nazirin hansısa sənədə imza atacağını gözləmək düzgün olmazdı.

Hər halda, verilən məlumatlara görə, danışıqlar konstruktiv şəkildə aparılıb. Hər iki hökumətin müvafiq qurumlarına konkret tapşırıqlar verilib. Bunun ardınca texniki məsələlərin həlli ilə bağlı daha aşağı səviyyədə görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Düşünürük ki, gündəlikdə duran məsələlər addım-addım həll olunacaq. Doğrudur, bütün məsələlərin çox qısa zamanda aradan qaldırılacağını gözləmək sadəlövhlük olar. Ona tam əminəm ki, Bakı bundan sonra da özünün “hücum diplomatiyası”na köklənən addımlarını atacaq. Hazırda Ermənistanın dünyadan təcrid olunmuş vəziyyətə düşdüyünü yaxşı anlayırıq. İrəvanın həm Ankara, həm də Bakı ilə münasibətləri tezliklə bərpa etməyə ciddi ehtiyacı var. Bu münasibətlərə geosiyasi və iqtisadi amillər daxildir. Hesab edirik ki, Azərbaycanın yürütdüyü düzgün siyasi kurs sülh danışıqlarını məntiqi nəticəyə aparıb çıxaracaq.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri