Icma.az
close
up
RU
Sülhə açılan atəş...

Sülhə açılan atəş...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Son günlərdə intensivləşən təxribatlar İrəvanın müharibə mesajıdırmı?

Aİ missiyasının Ermənistanın təxribatlarını “görməməsi” növbəti fakta çevrildi

15 gündür ki,  Azərbaycan ordusunun şərti sərhəd zonasındakı mövqeləri intensiv olaraq Ermənistan tərəfindən atəşə məruz qalır. Belə ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən, eyni gündə axşam saatlarında isə Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Martın 20-də Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərdən, martın 21-də Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.

Dronlarla kəşfiyyat, silahlı təxribat...

Vurğulandığı kmi, Ermənistanın silahlı təxribatı son günlərdə daha da intensiv xarakter alıb. Xüsusilə, son 3-4 gündə Azərbaycan Ordusunun mövqeləri ard-arda həm atəşə tutulur, həm də dronlar vasitəsilə kəşfiyyat aparılması cəhdlərinin şahidi oluruq. Məsələn, martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Müdafiə nazirliyinin məlumatına görə, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub. Paralel olaraq martın 30-u axşam saatlarında da Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu təxribatçı cəhdin də qarşısı qətiyyətlə alınıb. Həmin gün saat 22:30-dan 31-i saat 04:35-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub. Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycanın mövqelərini mütəmadi atəşə məruz qoyan Ermənistan bu kimi silahlı təxribatlarını, kəşfiyyat fəaliyyətini maskalamaq üçün yalanlar yayır, özünün qeyri-adekvat əməllərini dezinformasiyalar vasitəsilə pərdələməyə çalışır. Onlar guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumat yayaraq öz təxribatlarını ört-basdır etməyə çalışırlar. Azərbaycanın Müdafiə Nazirliyinin bununla bağlı yaydığı məlumatda da bildirilir ki, yayılan bu dezinformasiyanın heç bir real əsası yoxdur, tamamilə yalandır. Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir.

Terrorçu şərti sərhəddə gəldi, Aİ missiyası “susdu”...

Qeyd edək ki, həm Novruz, həm də Ramazan bayramı ərəfəsində Ermənistanın “fəallaşması” illərdir davam edən və yaxın dövrdə bütün müddəaları razılaşdırılmış sülh prosesinə böyük təhdid yaradır. Xüsusilə, bir sıra KİV orqanlarının yaydığı kimi martın 25-də “Yerkrapa” erməni terror təşkilatının rəhbəri Sasun Mikaelyanın şərti sərhədə gəlməsi təxribatların daha da genişlənməsinin siqnalı kimi anlaşılır. Terror təşkilatının başçısının “səfəri”ndən görüntülər erməni mediasında paylaşılıb. Xatırladaq ki, KİV-də bu terror qrupu ilə bağlı son dövrlərdə bir sıra xəbərlər yer almışdı - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də məhz “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündən video yayılmışdı və erməni prezident azərbaycanlılara qarşı soyqırımı törətdiklərini etiraf etmişdi. Beləliklə, Azərbaycana qarşı illərlə davam edən təcavüzün, işğal siyasətinin əsas icraçılarından biri olan terror qrupunun rəhbərinin Ermənistanla şərti sərhəddə peyda olması İrəvanın mümkün təxribatlarından xəbər verir.

Açıq silahlı təxribatların, hətta terror qrupunun rəhbərinin aktiv şəkildə şərti sərhəd bölgəsinə gəlişi isə dünya ictimayyətinin, xüsusilə, şərti sərhəd bölgəsində “durbinli qarovul çəkən” Aİ-nin müşahidə missiyasının gözü önündə baş verir. Bu fakt bir daha onu təsdiqləyir ki, adıçəkilən missiya heç də səmimi şəkildə bəyan etdiyi “missiyanın” daşıyıcısı deyil. Belə olsaydı, artıq günlərdir davam edən erməni təxribatları haqda Aİ və ya törəmə qurumları bir “quru bəyanat” da olsa verməli idi. Amma Aİ missiyası yenə də susmağa, görməzliyə üstünlük verir. Bu isə onların əraziyə daha fərqli bir missiya üçün “təşrif” gətirdiklərini növbəti dəfə təsdiqləyir...

İrəvan sülhdən yayınmamalıdır...

Halbuki, son dövrlərdə sülhlə bağlı olduqca münbit bir şərait formalaşıb. Vurğulandığı kimi, artıq sülh sənədinin bütün maddələri iki tərəf arasında razılaşdırılıb. Növbəti mərhələdə sülh sənədinin imzalanması üçün isə Ermənistanın bir sıra addımları atması labüddür - belə ki, həmin addımlar sülhün əbədi və davamlı olması üçün təminat xarakteri daşıyır. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq addımlardan biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək özünün əsassız iddialarını unutması, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymasıdır. Sülh üçün ilkin və əsaslı addım Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir.

Digər məqam isə, vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll oluna bir məsələdir  - nəticə etibarı ilə, ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri