Icma.az
close
up
RU
Sülhə maneə qalmayacaq: Məsuliyyət İrəvanın üzərində

Sülhə maneə qalmayacaq: Məsuliyyət İrəvanın üzərində

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 2-də Avropa Siyasi Birliyinin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən sammitində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını qeyd ediblər. Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın avqustun 8-də Vaşinqtonda “Azərbaycan və Ermənistan arasında Sülhün və Dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanmasaından sonra baş tutan ikinci görüşüdür. Bundan əvvəl hər iki lider sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti çərçivəsində ikitərəfli müzakirələr aparmışdı. Növbəti danışıqlar isə Kopenhagendə reallaşıb. Əgər avqustun 8-ə qədər aparılan müzakirələr daha çox Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasına həsr olunurdusa, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında bəyannamənin imzalanmasından sonra aparılan danışıqların xarakteri dəyişib.

Belə ki, avqustun 8-dən sonra daha çox paraflanmış sülh sazişində əksini tapmış prinsiplərə əməl edilməsi, yekun sülh müqaviləsinin tam razılaşdırılması və Zəngəzurdan “Tramp marşrutu”nun açılması istiqamətində işlərin sürətləndirilməsi tərəflər arasında keçirilən görüşlərin əsas gündəliyini təşkil edir. Bu baxımdan, Kopenhagen görüşündə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrası  diqqət mərkəzində olub.

Çünki yekun sülhə və kommunikasiyaların açılmasına daha tez nail olmaq üçün real şərait formalaşıb. Mövcud konyuktur ABŞ-nin iştirakı və dəstəyi ilə imzalanmış sənədlərə uyğun konkret addımların atılmasını tələb edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə artıq başlanılması, yəni prosesin müzakirə mərhələsindən fəaliyyətə keçilməsi zərurətə çevrilib.

“Tramp marşrutu”nun açılmaması və kommunikasiyaların blokda qalması Vaşinqton razılaşmalarının pozulmasına və sülh prosesinin ləngiməsinə gətirib çıxara bilər. Ona görə də bu məsələdə başlıca məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür. 

Qeyd edək ki, Ermənistan tərəfi son günlər sülh danışıqlarının şərtlərinə və kommunikasiyaların açılmasına zidd mövqe nümayiş etdirən bəyanatlardan geri çəkilməlidir. Baş nazir Nikol Paşinyanın Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair fikirləri Vaşinqton Bəyannaməsini pozur.

Halbuki, paraflanmış sülh sazişinə görə, Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi iddiaları irəli sürməyəcəklərinə,  eyni zamanda ərazi bütövlüyünə, suverenliyinə təhlükə yaradan hərəkətlə yol verməyəcəklərinə dair öhdəliklərə imza atıblar.

Ermənistan hakimiyyəti isə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu preambulanı saxlamaqla bu öhdəliyə qarşı çıxır. Azərbaycan tərəfi də Ermənistan konstitusiyasına dəyişiklik edilməyənə qədər yekun sülh müqaviləsini imzalamayacağını dəfələrlə bəyan edib. Ona görə də sülhün reallaşması üçün Ermənistanda konstitusiya referendumu keçirilməli və bu sənədin preambula hissəsinə hüquqi cəhətdən xitam verilməlidir. 

Bundan başqa, Ermənistan tərəfi son günlər “Tramp marşrutu” ifadəsi ətrafında siyasi manipulyasiyalar etməyə başlayıb. Ermənistan rəhbərliyi marşrut sözünü əsas gətirərək “Zəngəzur dəhlizi” termini inkar etməyə başlayıb. 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasından sonra Ermənistan ərazisində dəhlizin açılmasına imkan verməyəcəyini  bildirən Nikol Paşinyan hökuməti 5 ilə yaxındır Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz keçidin yaradılmasına mane olub.

İndi gah Nikol Paşinyan, gah da Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Zəngəzur dəhlizi ifadəsinə qarşı sərt reaksiyalar verməklə, “Tramp marşrutu”nun yol adılandırılması şərtini dilə gətirməklə, prosesi növbəti  dəfə əngəlləyir.

Əslində, “Tramp marşrutu”na Zəngəzur dəhlizi deyilməsi təsadüf deyil. Bu, daha çox “Tramp marşrutu”nun idarə edilməsi  qaydaları və gələcək statusu ilə bağlı razılaşmalardan irəli gəlir. Yəni “Tramp marşrutu” fəaliyyət rejiminə görə dəhliz olacaq. Ona görə də Ermənistan rəsmilərinin etirazlarının heç bir əsası yoxdur. Yəqin ki, bu məsələlər Kopenhagen görüşündə diqqət mərkəzində olub və Ermənistanın Baş nazirinə prosesi ləngidən iddialardan çəkilməyin vacibliyi izah edilib. 

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Paşinyanın bu cür sərt bəyanatlarının daha çox daxili ictimai rəyə hesablandığı və müxalifətin arqumentlərinin neytrallaşdırılmasına hesablandığı məlumdur. Lakin Ermənistanda seçki rəqabəti və ya Nikol Paşinyanın hakimiyyət uğrunda mübarizəsi sülh prosesinə zərbə vurmamalıdır.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri