Icma.az
close
up
RU
Sülhə yol görünür? Rəsmi Bakının 3 prinsipial tələbi var AKTUAL

Sülhə yol görünür? Rəsmi Bakının 3 prinsipial tələbi var AKTUAL

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Fransa prezidenti Emmanuel Makron səmimi deyil. Onun açıqlaması siyasi manipulyasiyadan başqa bir şey deyil”.

Bu barədə Bakıvaxtı.az-a analitik Elçin Xalidbəyli Makronun Bakı və İrəvan arasındakı razılaşmanı alqışlamasına dair bəyanatını şərh edərkən bildirib.

E.Xalidbəyli diqqətə çatdırıb ki, Fransa üçün Cənubi Qafqazda savaş daha sərfəlidir:

“Bu ölkə Cənubi Qafqaza yerləşmək üçün bəhanə axtarır. Bu bəhanə də məhz silahlı toqquşmalar ola bilər, ancaq Makron da özünü sülhə dəstək verən tərəf kimi göstərmək məcburiyyətindədir. Burada önəmli məqam ondan ibarətdir ki, Emmanuel Makron sülh sazşinin imzalanması ilə bağlı hər hansı bir əngəlin qalmadığını söyləyir. Halbuki bu, heç də belə deyil, çünki sazişin mətninin tamamilə razılaşdılması sazişin imzalanmasına münbit şəraitin yaradılması anlamını daşımır. Çünki rəsmi Bakının prinsipial şərtləri və tələbləri mövcuddur. Sazişin imzalanmasından öncə rəsmi İrəvan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etməlidir”.

Müsahibimizə görə, digər tərəfdən də Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməlidir:

“Nəhayət 3-cü bir tələb də odur ki, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında fəaliyyət göstərən Qərb kəşfiyyat şəbəkəsi Ermənistan ərazisindən çıxarılmalıdır. Ermənistan hələlik bu şərtlərin heç birini yerinə yetirməyib. Bu da o deməkdir ki, sazişinin imzalanması ehtimalı hələlik mümkün görünmür”.

Elçin Xalidbəyli: Sazişinin imzalanması ehtimalı hələlik mümkün görünmür

Analitik sonda əlavə edib ki, Paşinyan hakimiyyəti Ermənistanın yeni konstitusiyasının artıq hazırlandığını və müzakirə olunacağını bəyan edib:

“Lakin bunun nə qədər zaman alacağını bilmirik. Sülh sazişinin imzalanması Ermənistandan asılı olacaq. Ermənistan konstitusiyasını dəyişsə, Minsk qrupunun ləğvinə dair ATƏT-ə müraciət ünvanlasa, eyni zamanda avropalı casus şəbəkəsini ölkə ərazisindən çıxarsa, Azərbaycan və Ermənistan arasında yekun sazişin imzalanması üçün həqiqətən də münbit şərait yaranmış olacaq. Buna qədər isə belə bir imzaların atılma ehtimalı inandırıcı görünmür”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Bakı və İrəvan arasındakı razılaşmanı alqışladığını bildirib. O bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açacaq sülh sazişinin imzalanmasına heç nə mane qalmadı. Məlumat üçün bildirək ki, bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Mart 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri