“Sülhə yönəlmiş bütün səyləri dəstəkləyirik” Qətər
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qətər Dövləti ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan- Ermənistan arasında sülh sazişinin ilkin imzalanmasını alqışlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qətər ümidvar olduğunu bildirib ki, Saziş iki ölkə arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaq. Bununla da iki xalqın sülhə, inkişafa və firavanlığa, habelə regionun sabitliyi və təhlükəsizliyinin möhkəmləndirilməsinə nail olmaq istəklərini reallaşdıracaq.
Qətər Dövləti də Azərbaycan və Ermənistan arasında sazişin ilkin imzalanmasına nail olmaq üçün göstərdiyi səylərə görə Ağ Evə minnətdarlığını bildirib.
Gərginliyin azaldılmasına və münaqişələrin diplomatik yollarla həllinə, habelə regional, beynəlxalq səviyyədə sülh, inkişaf, rifahın əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 09 Avqust 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















