Icma.az
close
up
RU
525 ci qəzet Çin Ukraynada sülhə yönəlmiş bütün səyləri alqışlayır Diplomat

525 ci qəzet Çin Ukraynada sülhə yönəlmiş bütün səyləri alqışlayır Diplomat

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çin ABŞ və Rusiyanın sülh danışıqlarına başlamaq üçün əldə etdiyi son razılaşma da daxil olmaqla, Ukraynada sülhün bərqərar olunması üçün bütün səyləri alqışlayır.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, Çin davamlı olaraq qlobal mübahisələrin və münaqişələrin BMT Nizamnaməsinə uyğun olaraq dialoq və məsləhətləşmələrlə sülh yolu ilə həllinin tərəfdarı olub və bu, eyni dərəcədə Ukrayna məsələsinə də aiddir.

O xatırladıb ki, 10 il əvvəl Ukrayna məsələsində iştirak edən tərəflər danışıqlar yolu ilə Minsk razılaşmalarına nail olublar və bu razılaşmalar sonradan Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsində təsdiqlənib və bu, anlaşılmazlıqların və mübahisələrin dialoq və danışıqlar yolu ilə həlli üçün düzgün istiqaməti təmsil edir.

“Təəssüf ki, sazişlər bağlandıqdan sonra əksər müddəalar tam və effektiv şəkildə yerinə yetirilmədi. Tədricən gərginliyin azaldılması əvəzinə vəziyyət daha da gərginləşdi, nəticədə böhranın tam eskalasiyasına və bu günə qədər davam edən genişmiqyaslı münaqişəyə səbəb oldu”, - diplomat bildirib.

Əlavə edib ki, Minsk razılaşmalarının iflasa uğraması təəssüf doğurur və onun tarixi dərsləri dərindən düşünməyi tələb edir.

O, böhran başlayandan bəri Çinin dialoq və məsləhətləşmələr yolu ilə siyasi nizamlanmaya çağırdığını vurğulayaraq, 4 bənddən ibarət təklifin (bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, BMT Nizamnaməsinin məqsəd və prinsipləri təmin edilməli, bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarına lazımi diqqət yetirilməli və böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səylər dəstəklənməlidir) Pekinin Ukrayna məsələsində əsas istiqamətləri olduğunu söyləyib.

Fu Konq bildirib ki, Çin diplomatik vasitəçilikdə fəal iştirak edib, müvafiq tərəflərlə, o cümlədən Rusiya və Ukrayna ilə əlaqə saxlayıb, Ukrayna məsələsinin BMT və Təhlükəsizlik Şurası çərçivəsində baxılmasında fəal iştirak edib, atəşkəs və siyasi nizamlanmanın təşviqində konstruktiv rol oynayıb.  İnkişaf edən vəziyyət göstərdi ki, Çinin təklifi obyektiv, ədalətli, rasional və praqmatikdir, beynəlxalq ictimaiyyətin geniş konsensusunu əks etdirir.

Fu Konq qeyd edib ki, Ukrayna məsələsi hazırda danışıqlar yolu ilə həll üçün kritik məqama yaxınlaşır və istənilən münaqişənin yekun həlli danışıqlar masası arxasındadır, tarix şübhəsiz ki, ədalətli nəticəyə gətirib çıxaracaq.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri