Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq ŞƏRH

Sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Odur ki, avqust 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş regional əməkdaşlıq tarixində mühüm mərhələ kimi yadda qaldı.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.Müstəqillik əldə etdikdən sonra Azərbaycanın Türkmənistan və Özbəkistan dövlətləri ilə münasibətləri daha da inkişaf edib. Uzun illərin sınağından çıxan dostluq əlaqələrimiz bu gün də davam etdirilir. İndiki qeyri-sabit, münaqişələrlə dolu dünyada türk dövlətləri arasında məsləhətləşmək, fikir mübadiləsi aparmaq olduqca vacibdir.

Azərbaycanın Türkmənistan və Özbəkistanla strateji məsələlərdə mövqeləri üst-üstə düşür. Qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığımız həm də Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə, Türk Dövlətləri Təşkilatının inkişafına və mövqeyinin güclənməsinə müsbət təsir göstərir.Azərbaycanla Türkmənistanın mövqelərinin üst-üstə düşməsi də Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd olundu. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Türkmənistan bundan sonra da “çiyin-çiyinə irəliyə gedəcək”, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək, ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Bu birliyi gücləndirən simvolik təşəbbüslərdən biri Türkmənistanın Füzulidə məscid tikməsidir. Təkcə dini abidə kimi deyil, həm də türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyinin və qardaşlığın təcəssümü kimi qiymətləndirilən bu addım böyük əhəmiyyət daşıyır.

Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşdə Özbəkistanla əməkdaşlıq məsələləri də ön planda oldu. Prezident İlham Əliyev Xankəndidə Özbəkistan tərəfindən yaradılmış tikiş fabrikinin fəaliyyətə başlamasını yüksək qiymətləndirdi. Hazırda 200-dən çox insanın, əsasən qadınların çalışdığı müəssisənin genişləndirilməsi nəzərdə tutulur ki, bu da Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfədir. Özbəkistanın Qarabağa ilk hədiyyəsi isə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb oldu. Həmin məktəbdə yüzlərlə azərbaycanlı şagird təhsil alacaq və hər dəfə bu məktəbin yanından keçərkən Azərbaycan xalqı həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Mirziyoyevə minnətdarlıq hisslərini ifadə edəcək. Prezidentin sözləri ilə desək, “Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq”.

Sammitdə dövlət başçıları “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”,“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”,“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu” imzalandı.

Nəticə etibarı ilə bu görüş qardaş xalqların birliyini möhkəmləndirdi, qarşılıqlı etimadı dərinləşdirdi və regional əməkdaşlıq üçün yeni üfüqlər açdı. Prezident İlham Əliyevin sammitin yekunlarına dair bəyanatı isə həm dostluq, həm də strateji tərəfdaşlıq mesajları ilə seçildi: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.”

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri