Sülhəddin Əkbərdən partiyasının ləğv olunmasına REAKSİYA
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Bununla əlaqədar olaraq Modern.az ləğv edilən partiyanın sədri Sülhəddin Əkbərlə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Sülhəddin Əkbər proseslərin məhkəmə səviyyəsinə hardan gəlib çıxdığını bilmədiyini, heç bununla maraqlanmadığını bildirib.
Ləğv olunan partiyanın sədri bundan sonra elmi-siyasi fəaliyyətlə məşğul olacağını deyib:
"Artıq mən üçüncü kitabım üzərində çalışıram. Analiz işləri ilə məşğul oluram. Yeri gələndə mətbuatda çıxış edirəm. Milli strateji hədəflərimizlə bağlı olan bir kitabdır. Hələlik adını səsləndirmək istəmirəm. Nə vaxta kimi hazır olacağını deyə bilmərəm. Birinci kitabımı üç ilə yazmışdım".
Baxış sayı:60
Bu xəbər 06 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















