Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Sülhlə manipulyasiyanın yeri deyil

Sülhlə manipulyasiyanın yeri deyil

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanın atı arabanın arxasına bağlamaq istəyi

Sanki hər şey bir anın içində baş verdi. İrəvan yuxuda imiş, indi asqırıb ayılmış və reallığı “soyuq başla” qiymətləndirib, doğru qərar qəbul etmişdir. “Sülh sazişi layihəsində birtərəfli qaydada heç bir müddəa yoxdur. Sülh sazişi layihəsində Ermənistana aid olan, lakin Azərbaycana dəxli olmayan bir dənə də müddəa yoxdur”. Bunu baş nazir Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. O, bunu, sadəcə, demir, hamını buna əmin etməyə çalışır.

Sonrakı hərəkətlər diplomatik kanonlara tam uyğun şəkildə icra edilir. Ermənistan xarici işlər nazirliyi diplomatik kanallar vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verir ki, Ermənistan tərəfi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə rəsmi Bakının təkliflərini qəbul edir. Ardınca sülh sazişi layihəsinin mətninin razılaşdırılmasına dair birgə bəyanatın dərc edilməsini və layihənin razılaşdırılması üçün danışıqların başa çatdırılmasını təklif edir. Bunun ardınca baş verənlər isə İrəvana “beynəlxalq dəstəyin” nümayişi hesab oluna bilər.

Bir açıqlama və təbriklər “paradı”

İki ölkə arasında sülhün işartılarının görünməsi ilə xaricdən gələn gözaydınlığı təbriklərinin, alqışların, dəstək nümayişinin “paradı” özünü çox gözlətmədi. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq.

* Fransa prezidenti Emmanuel Makron: Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması barədə elanı alqışlayıram. İndi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına heç nə mane olmur ki, bu da Cənubi Qafqazda davamlı sülhə yol açmalıdır.

* ABŞ-ın Dövlət katibi Marko Rubio: ABŞ administrasiyası Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.

* Almaniyanın Xarici işlər naziri Annalenna Berbok: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə irəliləyişi ümidvericidir. Müharibədən sonra dayanıqlı sülh reallığa çevrilib. Bu, təkcə region üçün deyil, onun hüdudlarından kənarda da vacibdir. Mən hər iki tərəfi sülh sazişini imzalamağa çağırıram.

* İspaniya XİN: İspaniya Ermənistan ilə Azərbaycan arasında razılaşma xəbərini alqışlayır və ümid edir ki, bu elan iki ölkə arasında yekun razılaşmaya gətirib çıxaracaq.

* Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta: Bakı və İrəvan arasında sülh prosesində irəliləyişi alqışlayıram. Azərbaycan və Ermənistan liderlərini sülh sazişinin mətni üzərində işin başa çatması münasibətilə təbrik edirəm. Bu, münasibətlərin tam normallaşması və regionda kommunikasiyaların açılması istiqamətində qətiyyətli addımdır.

* Avstriya Xarici İşlər Nazirliyi: Biz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmada əldə edilən irəliləyişi səmimiyyətlə alqışlayırıq və tezliklə sazişin imzalanmasını səbirsizliklə gözləyirik.

* Estoniya Xarici işlər naziri Marqus Tsahkna: Estoniya Ermənistan və Azərbaycan arasında tarixi razılaşmanı alqışlayır.

* İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai: İki ölkə arasında sülh müqaviləsinin şərtləri ilə bağlı razılığın əldə olunması xəbərini alqışlayırıq. Bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində zəruri və mühüm addımdır.

İndi tərəflərə sülh “gözaydınlığı” verməyə tələsən ölkələrin əksəriyyəti dünənədək Cənubi Qafqazın “sabitlik qayığını” hər vasitə ilə yırğalamağa, onun öz kursu ilə hərəkətinə mane olmağa çalışırdı. Bakıya onların bu ssenarini reallaşdırmaqda məqsədlərinin nədən ibarət olduğu gün kimi aydın idi: bölgədə sabitliyi pozmaq, Rusiyanın təsirindən qurtulub Qərbin çətiri altına girmək istəyən Ermənistana dəstək vermək. Avropa İttifaqının timsalında haypərəst “kollektiv Qərb”in bundan sonra da ikili standartlara söykənən təmənnalı və qərəzli siyasətini davam etdirəcəyi şübhə doğurmur. Sadəcə, ola bilsin ki, bu mərhələdə fəaliyyətin maliyyə ağırlığı Parisdən Berlinin üzərinə keçsin.

Müəmmalı tələskənliyin sirri

Ermənistan xarici işlər nazirliyi də baş nazir Nikol Paşinyan kimi heyrətamiz tələskənlik nümayiş etdirir. Sülh sazişi ilə bağlı birgə bəyanat verməyi təklif edir. Sanki Bakı ilə İrəvan arasında bütün məsələlər, nəhayət, yoluna qoyulub. Əslində isə vəziyyət heç də deyilən kimi deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında deyilir: “Biz sülh sazişinin layihəsinin mətni və Azərbaycan və Ermənistan arasında dövlətlərarası əlaqələrin qurulması üzrə danışıqların başa çatdığını elan etməkdən məmnunluq duyuruq. Yəni, rəsmi Bakı yalnız təsdiqlədi ki, Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi başa çatıb. Amma Azərbaycan XİN Ermənistan konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişməz olaraq qaldığını birmənalı şəkildə vurğulayıb: “Sazişin imzalanmasının əsas şərti Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsi, xüsusən də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılmasıdır. Bu, Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyidir”. Eyni zamanda, köhnəlmiş və işlək vəziyyətdə olmayan ATƏT-in Minsk qrupunu və onun müvafiq strukturlarını rəsmən ləğv etməyin vacibliyi vurğulanan bəyanatda bunun rəsmi İrəvanla sülh sazişinin imzalanması şərtləri ilə bağlı danışıqların ilk günlərindən rəsmi Bakının daim sərgilədiyi mövqe olduğu xatırladılır.

Etimadı itirənin şadyanaqlığı...

Onu da ayrıca qeyd etməliyik ki, sülh sazişinin imzalanması təşəbbüsü Bakıdan gəlib. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək növbəti mərhələyə – Ermənistanla sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan tərəfindən qəbul edilmədən Bakı ilə İrəvan arasında hər hansı sülh sazişindən söhbət gedə bilməz bir sıra əsaslı təkliflər səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Forumda rəsmi Bakının bu məsələ ilə bağlı mövqeyini kifayət qədər yığcam və dəqiq ifadə etdi: “Ermənistana etimad səviyyəsi sıfıra yaxındır. Ona görə də onların dediklərinə inanmırıq. Çünki bugünkü hökumət də daxil olmaqla, bizim etibar edə biləcəyimiz insanlar deyil. Yenə deyirəm, onların dedikləri bizim üçün əhəmiyyət kəsb etmir. Bizə sənədlər lazımdır, sənədlər lazımdır. Biz elə etməliyik ki, onların konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası olmasın. Onlar hələ də oradadırlar”. Dövlət başçımız ATƏT-in Minsk qrupunun buraxılması təklifinə İrəvanın ikibaşlı cavabına da toxunub: “Bu, bizim Ermənistana mesajımızdır və bəyan edirik ki, Minsk qrupunu qoruyub saxlamaqda heç bir məntiq yoxdur. Bu institut Qarabağ məsələsini həll etmək üçün yaradılmışdı. Bu gün bu məsələ öz həllini tapıb. Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Onda niyə bizə qoşulub təşkilatın ləğvi ilə bağlı ATƏT-ə ərizə təqdim etmirsiniz? Onlar istəmirlər. Bununla “mövqelərinin bir hissəsini” yerdə, bizim ərazimizdə, təbii ki, virtual olaraq saxlamaq istəyirlər. Və onların hərbi potensialını gücləndirmələri – bu, nədən xəbər verir? Bu onu göstərir ki, onlar yeni müharibəyə hazırlaşırlar”. Bunlar isə hələlik cavabını gözləyən çox ciddi suallardır: “Qarabağ Ermənistandır və nöqtə” təxribatının müəllifinə, indi isə “Dünyanın kəsişməsi”ndə “sülh göyərçini”nə çevrilən Nikol Paşinyana necə inanmaq olar? Dinc şəhərlərimizə raket zərbələri endirməyi əmr edənin “qələmini” sındırması mümkündürmü? Azərbaycan haqlı olaraq qeyd edir ki, rəsmi İrəvan mövqeyini dəyişmədən, Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddiaları çıxarılmadan sülh sazişinin imzalanmasından söhbət gedə bilməz.

Bakının iki şərti gündəmdə qalır

Ermənistan baş naziri Nikol Paşinyanın sərgilədiyi sülh təşəbbüslərini onun daxildə reytinqinin getdikcə aşağı düşməsi ilə əlaqələndirən ekspertlərin yanaşması da maraqlıdır. Həmkarlarımızdan birinin onun belə tələskənliyini arabanın atdan qabağa keçirilməsi məsəli ilə müqayisəsi tam yerinə düşüb. Reytinq incə məsələdir və bu versiya mövcudluq haqqına malikdir. Həqiqətən də, İrəvanın Bakının sülh sazişinə təklif etdiyi əlavə bəndlərlə belə asanlıqla razılaşmasına inanmaq çətindir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu mövzu ilə bağlı XQ-yə açıqlamasında iki ölkə arasında sülh sazişinin mətninin razılaşdırıldığı barədə ilk açıqlamanı Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun verdiyinə diqqəti çəkdi: “Buna qədər sülh sazişinin mətnindəki 17 bənddən 15-i barədə razılıq əldə edilmişdi. İlkin açıqlamadan belə məlum oldu ki, tərəflər yerdə qalan iki bəndi də razılaşdırıblar. Bunlar Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə son qoyulması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlı bəndlərdir. Rəsmi İrəvan bunu belə izah etdi ki, sülh sazişi imzalanandan dərhal sonra onlar Minsk qrupundan imtina edirlər və artıq bölgədə Aİ-nin missiyasına da ehtiyac qalmayacaq. Amma onu da qeyd edək ki, bununla yanaşı, Azərbaycanın Ermənistan konstitusiyasında dəyişiklik tələbi gündəmdə qalmaqdadır. Doğrudur, bu şərt sülh sazşinin mətnində yer almır, intəhası, Bakının tələbi dəyişməzdir. Bəli, Ermənistanın ana qanununda Azərbaycana ərazi iddiasını ehtiva edən bənd çıxarılmalıdır. Biz görürük ki, dünyanın müxtəlif ölkələrinin liderləri, nazirləri razılaşma ilə bağlı təbriklərini çatdırırlar. Əslində, Azərbaycan da məsələni uzatmaq fikrində deyil, sülhün tezliklə imzalanmasını istəyir. Təkrar edirəm, hayların konstitusiyasında zəruri dəyişiklik tələbi gündəmdə yer alır. Bu şərt yerinə yetirilmədən iki ölkə arasında möhkəm və uzunmüddətli sülhün əldə edilməsi çətin olacaq”.

Nəyin bahasına olursa olsun...

Bəli, Paşinyan və komandası Ermənistanda hakimiyyəti itirə bilər. Axı Ermənistan vətəndaşlarının, demək olar ki, 66 faizi baş nazirinin işini bəyənmir. Bunu “MPG/Gallup” Beynəlxalq Assosiasiyanın Ermənistanda keçirdiyi sorğunun nəticələri sübut edir. Assosiasiyanın məlumatına görə, respondentlərin cəmi 9 faizi Ermənistan baş nazirinin işini tam bəyəndiyini bildirib. Onların yalnız 15,5 faizi Ermənistan nazirlər kabinetinin rəhbərinin fəaliyyətini daha çox bəyənib. Fəqət sorğu iştirakçılarının 46,5 faizi Paşinyanın fəaliyyətini tamamilə bəyənmir, 19,1 faiz isə qismən bəyənmir. Yəni, onun antireytinqi 66 faizi üstələyir! İndi biz hakimiyyətini itirmək təhlükəsi ilə üzləşə biləcək birinin sözlərinə necə inanaq?

Revanşist əhval-ruhiyyənin hələ də güclü olduğu, türkofobiyanın hökm sürdüyü, faşist haylara, müharibə canilərinə heykəllərin ucaldıldığı Ermənistanda reallıq bundan ibarətdir. Bakı irəli sürdüyü məntiqi və ədalətli şərtləri İrəvan tərəfindən yerinə yetirildikdən sonra sülh müqaviləsini imzalamağa razılaşa bilər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizə söz yox, konkret əməl, sənəd lazımdır. Dörd il dörd ay bundan əvvəl imzası ilə boynuna götürdüyü öhdəlikləri yerinə yetirməyən İrəvanın Bakının sülhü şərtləndirən tələblərinə belə asanlıqla əməl edəcəyinə inam azdır. Təki biz ehtimalımızda yanılaq...

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see660

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see465

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see271

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see252

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see243

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see236

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see223

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see220

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see216

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see216

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see216

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see211

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see203

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see195

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see193

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see189

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see186

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see178

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see177

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri