Icma.az
close
up
RU
Paşinyanın sülhlə manipulyasiyası

Paşinyanın sülhlə manipulyasiyası

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın Baş naziri Nikol Paşinyan "İrəvan Dialoqu" beynəlxalq forumunda Azərbaycanla sülh prosesinə dair bir sıra fikirlər səsləndirib. Paşinyan özünü sanki sülhdə maraqlı olduğunu göstərsə də, əslində yenə sülhlə manipulyasiya edərək, ziddiyyətli açıqlamalar verib. Məsələn, o bəyan edib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməsə, özü şəxsən Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə çıxış edəcək. Çünki sülh sazişi imzalamaq imkanı əldə verilməməlidir.

Göründüyü kimi, Paşinyan Konstitusiyanın dəyişməsindən əvvəl sülh sazişi imzalanması üzərində dayanıb. Minsk qrupunun ləğvi ilə bağlı müraciəti də sülh sazişi imzalanan gün edəcəyini söyləyib. Paşinyan hətta Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiası olduğunu bildirib. Söhbət təbii ki, Qərbi Azərbaycandan gedir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Vaxtilə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın geri qayıtması onların tam haqqıdır, beynəlxalq hüquqla da bu, təsbit edilib. Ermənistan hakimiyyətinin bunu başqa adla təqdim etməsinin heç bir əsası yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin cavabında da qeyd olunub ki, Paşinyanın "İrəvan Dialoqu" zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur: "Bundan əlavə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Ermənistan Baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır".

Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, XİN bəyan edib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: "Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir".

Politoloq Zaur Məmmədov hesab edir ki, Paşinyan əslində yeni nəsə deməyib, onun bu açıqlaması ikitərəfli dialoqda yeni qərar vermədiyinin göstəricisidir: "Paşinyanın üç istiqamətdə qərarı dəyişməyib. Birincisi, Zəngəzur dəhlizidir. O, Ermənistanın Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili ilə bağlı konkret təkliflər verdiyini açıqlayıb. Bu təkliflərin rəsmi olduğunu və müzakirə edildiyini söyləyib. Paşinyan deyib ki, Azərbaycan və Türkiyə ilə yolların açılması Şimalla Cənubu, Qərblə Şərqi birləşdirməyə yeni imkanlar yaradacaq. Qatarlar gəlib pasport və sərhəd nəzarətindən keçə, Naxçıvana gedə və qayıda bilər. Bu, Ermənistanın təkliflərindən biridir. Paşinyanın Naxçıvan və Zəngəzurla bağlı qeydləri mövzu ilə bağlı irəliləyişin olmadığını göstərir ki, bu da üçtərəfli bəyanata ziddir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı müddəada çox açıq şəkildə qeyd olunub: Ermənistan Respublikası insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin edir. Bu isə o deməkdir ki, Naxçıvana gedən yüklər və vətəndaşlar Ermənistan ərazisindən maneəsiz və sərbəst şəkildə keçməlidirlər. Paşinyanın pasport və sərhəd nəzarətindən keçmə tələbi bu prinsipə ziddir.

İkincisi, "dəhliz" anlayışının deformasiyasıdır.

Paşinyan və Ermənistan rəsmiləri tez-tez "dəhliz" anlayışına qarşı çıxaraq bunun Ermənistanın suverenliyinə zərbə olduğunu iddia edirlər. Lakin Azərbaycanın istəyi sadə və beynəlxalq praktikalara uyğun bir mexanizmdir - tranzit nəqliyyatın beynəlxalq hüquqla qorunan rejimi. Bu rejimdə pasport nəzarətindən söhbət getmir. Paşinyanın təklifi əslində tranzit hüququnu klassik anlamda inkar edir və onu ikitərəfli sərhəd-keçid prosedurlarına çevirməkdir".

Politoloqa görə, əgər hər bir qatar və yük kolonu Ermənistanın sərhəd və gömrük nəzarətindən keçərsə, bu, daşımaların operativliyini zəiflədəcək, əlavə bürokratik və texniki maneələr yaradacaq, etimadsızlıq mühiti formalaşdıracaq və uzunmüddətli dayanıqlı nəqliyyat sisteminin qurulmasına zərər verəcək. Bu mövzuda kompromis o halda mümkündür ki, Ermənistan Azərbaycanın digər tələblərini tez bir şəkildə həll etsin. Belə olacağı təqdirdə, kommunikasiya - nəqliyyat xətti ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olacaq".

ATƏT-in Minsk qrupu və Konstitusiya ilə bağlı məsələyə diqqət çəkən Z.Məmmədova görə, Paşinyanın Azərbaycanla sülh sazişinin imzalanması prosesini ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişiklik məsələləri ilə əlaqələndirməsi proseslərdə inkişaf yox, geriyə qayıdışdır: "Paşinyan bildirir ki, Ermənistan Minsk qrupunun ləğv olunması ilə eyni vaxtda sülh sazişi imzalamağa hazırdır, amma bu yanaşma əslində prosesə süni şərtlər və paralel mexanizmlər əlavə etməkdir. Ermənistan əvvəllər Minsk qrupunu "status" məsələsini gündəmdə saxlamaq üçün istifadə edirdi. İndi isə bu strukturun ləğvini müzakirə obyektinə çevirmək, sadəcə olaraq zaman udmaq və əsas məsələlərdən yayınmaq istəyir. İrəvan çox yaxşı bilir ki, təxminən gələn ildən başlayaraq ABŞ, Fransa və Rusiya Minsk qrupunun diriltmək üçün fəaliyyətə keçə bilərlər. Bu, Ermənistanın maraqlarına cavab verəcək. Ona görə məsələləri uzatmaqla bu kartı əlində saxlamaq istəyir.

Konstitusiya məsələsində də eyni qayda ilə vaxt udmaq və məsuliyyətdən yaxa qurtarmaq istəyir. Əslində isə onun məsuliyyətdən yaxa qurtarması üçün ən yaxşı yol mövzunun müzakirəsini xalqa vermək, referendum vasitəsi ilə erməni cəmiyyətinin öz gələcək aqibətlərini müəyyən etməsidir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir - Ermənistanın konstitusiyasında dəyişikliklər edilmədən sülh sazişi hüquqi baxımdan qeyri-müəyyən qalacaq və gələcəkdə iddiaların yenidən qayıtma riski yaranacaq".

Politoloq düşünür ki, Paşinyan çıxışında guya konstruktivlik göstərir, əslində isə bu, siyasi manipulyasiya, vaxt udmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir: "Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasının dəyişdirilməsi sülhün real təminatı üçün zəruri şərtlərdir, çünki bu məsələlər Ermənistanın gələcəkdə Azərbaycana qarşı ərazi iddialarının və ya revanşist planlarının qarşısını almaq üçün hüquqi əsasları aradan qaldırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see378

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see370

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see361

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see358

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see349

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see308

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see278

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see274

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see265

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see260

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see242

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see239

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see236

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see236

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see222

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see222

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see208

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see206

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri