“Sumqayıt” baş məşqçi Saşa İliçlə bağlı qərar verib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 7 aprel, AZƏRTAC
Uğursuz nəticələrə baxmayaraq, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.
Bu barədə AZƏRTAC-a “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Onun sözlərinə görə, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib: “Belə bir toplantı planlaşdırılmayıb. O, hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Ən azı müqaviləsinin sonunadək, yəni bu ilin iyul ayına qədər komandada qalaraq fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, “Sumqayıt” hazırda Premyer Liqanın turnir cədvəlində 32 xalla 7-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Sumqayıt baş məşqçisi Saşa İliçlə vidalaşıb
26 May 2026 10:29
“Sumqayıt” FK Saşa İliçlə yollarını ayırır? Klubdan ə AÇIQLAMA
13 Aprel 2026 14:55
Saşa İliçlə futbolçular arasında dava iddialarına klubdan SƏRT REAKSİYA
09 Aprel 2026 16:11
Şamaxıda ara qarışdı: Saşa İliçlə Ayxan Abbasov arasında dava VİDEO
30 Noyabr 2025 19:12
Sumqayıt Saşa İliçin ayrılığını açıqladı
26 May 2026 10:31
Baxış sayı:126
Bu xəbər 07 Aprel 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















