Icma.az
close
up
RU
Sumqayıt Bələdiyyəsi 160 a yaxın ailəyə bayram sovqatı verdi FOTOLAR

Sumqayıt Bələdiyyəsi 160 a yaxın ailəyə bayram sovqatı verdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt Bələdiyyəsi fəaliyyətində hər zaman vətəndaş məmnuniyyətini əsas prinsip kimi müəyyənləşdirib. Bələdiyyə sakinlərlə birbaşa və daimi ünsiyyətə, onların sosial rifahının yaxşılaşdırılmasına xüsusi önəm verir. Bu çərçivədə görülən işlər təkcə gündəlik fəaliyyətlərlə məhdudlaşmır, həm də əlamətdar günlərdə və bayramlarda humanitar aksiyalarla müşayiət olunur.

Artıq ənənəyə çevrilmiş "Qurban Bayramı" tədbiri bu il də Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə keçirilib. Bayram münasibətilə şəhər ərazisində yaşayan şəhid ailələri, qazilər, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşları diqqətdən kənarda qalmayıblar. Ümumilikdə 160-a yaxın ailəyə bayram sovqatları təqdim olunub.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evində olublar. Onlar ailələrin qayğı və ehtiyaclarını dinləyiblər.  Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara olan yüksək ehtiramı Sumqayıt şəhərində də davam etdirilir.

Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə yardım göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqətdə saxlanılır. Eyni zamanda, xüsusi günlərdə – Anım Günü, Qələbə Günü, Novruz bayramı və digər əlamətdar tarixlərdə bu ailələrə mənəvi və maddi dəstək göstərilir.

Şəhid ailələri də onalar göstərilən diqqətə görə, təşəkkür ediblər.

Sumqayıt Bələdiyyəsi bu cür aksiyaların təkcə maddi deyil, mənəvi baxımdan da böyük əhəmiyyət daşıdığını vurğulayır. Bayram günlərində sosial qruplara xüsusi diqqətin göstərilməsi həm milli-mənəvi dəyərlərimizin yaşadılması, həm də cəmiyyətimizdə həmrəylik hissinin gücləndirilməsi baxımından mühüm rol oynayır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 İyun 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri