Icma.az
close
up
RU
Sumqayıt mövsümü 8 ci pillədə bitirə biləcəkmi?

Sumqayıt mövsümü 8 ci pillədə bitirə biləcəkmi?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasında sonuncu - 36-cı tura veriləcək.

Üç gün ərzində keçiriləcək oyunlardan birincisinə Bayılda şahidlik edəcəyik. Burda qonşu pillələrdə qərarlaşan komandalar üz-üzə gələcək. "CBC Sport" matçı canlı yayınlayacaq.
Misli premyer-liqası
4-cü dövrə, 36-cı tur
23 may
Səbail - Sumqayıt 0:0

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 14:+4=2-8, 8:15.
2017/18 – 0:2, 0:1; 2018/19 – 2:0, 0:0; 2019/20 – 0:2; 2020/21 – 2:1, 0:1; 2021/22 – 1:0, 1:1; 2022/23 – 1:0, 0:1; 2023/24 – 1:4, 0:1. 2024/25 - 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Bakı, "ASCO Arena". Saat 19.30.
Daha əvvəl "Qarabağ" çempionluğu, "Zirə" ikinci pilləni təmin etmiş, "Səbail"in premyer-liqanı tərk edəcəyi dəqiqləşmişdi. Ötən həftə bəlli oldu ki, mövsümü "Araz-Naxçıvan" 3-cü, "Turan Tovuz" 4-cü pillədə başa vuracaq. Düzü, prinsipial mövqelər baxımından bütün suallara aydınlıq gəlib. Ancaq hələ də bəzi komandaların "futbol ili"ni daha yaxşı nəticələrlə başa vurmaq şansı var. Bu sırada "Neftçi" və "Sumqayıt"ı görürük ki, "ağ-qaralar" 5-ci, "kimyaçılar" 8-ci yerə uğrunda mübarizəni davam etdirir. Samir Abasovun komandası mayın 24-də məhz 5-ci sırada qərarlaşan "Sabah"ın qonağı olacaq. “Ağ-qaralar” məhz bu qarşılaşmada qalib gəlməklə məqsədinə çata bilər. Bununla həm də ölkə kubokunun yarımfinalında "bayquşlar"dan aldığı məlum zərbənin qisasını az da olsa, almaq mümkündü. Ancaq indi diqqəti "Səbail" - "Sumqayıt" matçına yönəltməliyik.
Bayıl təmsilçisi üçün bütün şanslar tükənib. İş ondadı ki, bu məqam yalnız klubun taleyindən məsul olan şəxslər üçün keçərlidi. İndi onlar 1-ci liqada çıxış layiqli çıxışla yadda qalıb ən qısa zamanda premyer-liqaya qayıtmağın yollarını axtarmaqla məşğuldu. Ancaq futbolçular da özünü yaxşı tərəfdən göstərməyə çalışmalıdı. Oyunçular, xüsusilə də legionerlər son matçda da var gücüylə döyüşməlidi ki, heç olmasa, başqa premyer-liqa klublarının diqqətini çəkə bilsinlər. Mümkün qələbə həm də komandanın mövsümü "doğma divarlar" arasında yaxşı əhval-ruhiyyə ilə bitirməsiylə nəticələnəcək. "Sumqayıt" isə, yuxarıda vurğuladığımız kimi, 8-ci yer uğrunda tərk tökməyə davam etməlidi. Təbii ki, "kimyaçılar" qalib gəlsə belə, bu yöndə hər şey "Kəpəz"in "Turan Tovuz"la qarşılaşmada əldə edəcəyi nəticədən asılı olacaq. Lakin o vaxta qədər döyüşməkdən başqa çarə görünmür.
Bu komandalar indiyə qədər 29 dəfə qarşılaşıb. Bunların 9-da “dənizçilər”, 17-də “kimyaçılar” qalib gəlib, 3-də hərəyə bir xal düşüb. Maraqlıdı ki, son 5 görüşdə qonaq komanda qol vurub. Topların nisbətində “Sumqayıt” öndədi – 38:23.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 May 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri