Sumqayıtda 48 yaşlı həkim vəfat edib
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura keçib.
O, 2002–2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyətini davam etdirib.
Şahin Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 17 Noyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















