Icma.az
close
up
RU
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 24-nə təyin edilib.

Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
 

Qeyd: Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see133

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri