Sumqayıtda avtobus qəzaya uğradı: Xəsarət alanlar var
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Sumqayıt şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mercedes" markalı yük avtomobilinin təkəri qəfil partlayıb. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusda olan 2 sərnişin Sumqayıt Tibb Mərkəzinə çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qəza ilə əlaqədar 2 sərnişin xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli

Sumqayıtda avtobus qəzaya düşdü Xəsarət alanlar var YENİLƏNİB
02 Oktyabr 2025 10:48
Sumqayıtda ağır avtobus qəzası: Xəsarət alanlar var
22 İyul 2025 08:34
Sumqayıtda iki avtobus TOQQUŞDU Xəsarət alanlar var
16 Sentyabr 2025 13:37
Azərbaycanlı turistləri daşıyan avtobus qəzaya uğradı Xəsarət alanlar var
10 Noyabr 2024 09:14
Sumqayıtda zavodda partlayış Xəsarət alanlar var
20 May 2025 13:06

