Sumqayıtda baş verən ağır yol qəzasında iki nəfər yaralanıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərində baş verən ağır yol qəzasında iki nəfər yaralanıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi məişət tullantıları daşıyan maşına çırpılıb.
Qəza nəticəsində 1992-ci il təvəllüdlü Eşqin Dostuyev İlham oğlu və 1984-cü il təvəllüdlü Fərzəliyev Mais Cəmil oğlu xəsarət alıb.
Onlar dərhal Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:107
Bu xəbər 22 Yanvar 2025 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















