Sumqayıtda Kənd təsərrüfatı məhsullarının satışı bazarı”nda nöqsanlar aşkarlanıb FOTOLAR
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 53-cü məhəllədə fəaliyyət göstərən "Fermerlər" MMC-yə məxsus "Kənd təsərrüfatı məhsullarının satışı bazarı”nda monitorinq aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulması faktları qeydə alınıb.
Bazarda satılan süd və süd məhsullarının, ət və ət məhsullarının vitrin soyuducularda saxlanılmadığı, satışa təqdim olunan ət hissələrinin asılması üçün nəzərdə tutulmuş qarmaqların paslanmayan materialdan təşkil edilmədiyi, bəzi tərəvəzçilik məhsullarının birbaşa döşəmə üzərində saxlandığı, satışda olan müxtəlif növ turşuların üzərində etiket məlumatlarının olmadığı aşkarlanıb.
Nöqsanların aradan qaldırılması məqsədilə bazar sahibinə müvafiq göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 10 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















