Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimli İbrahim Əlisa oğluna məxsus “Xan” dönərxanasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovtiv həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Baxış sayı:89
Bu xəbər 05 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















