Icma.az
close
up
RU
Sumqayıtda mediasiya sahəsində yeni trendlərə həsr olunan konfrans keçirilib

Sumqayıtda mediasiya sahəsində yeni trendlərə həsr olunan konfrans keçirilib

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində “Mediasiya - yeni trendlər və gözləntilər” mövzusunda konfrans təşkil olunub.

“Report”un yerli bürosu xəbər ki, ictimai müzakirə formatında baş tutan konfransda Milli Məclisin deputatı Səbinə Salmanova, Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov, rəsmi şəxslər, müxtəlif qurumların nümayəndələri və 20 mediator iştirak edib.

Konfransda çıxış edən deputat Səbinə Salmanova tədbirin aktual məsələlərə həsr olunduğunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli 604 nömrəli Fərmanı ilə Ədliyyə Nazirliyinin üzərinə bir sıra tapşırıqlar qoyulub. Həmin Fərmanın 7.6-cı bəndinə əsasən, sözügedən nazirliyə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsinin tapşırıldığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, mediasiya sahəsində atılan ən mühüm addımlardan biri Mediasiya Şurasının 2020-ci il fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasıdır. Mediasiya Şurası fəaliyyətə başlayandan sonra birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya üzrə işlərə mediasiya prosesi çərçivəsində baxılır və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilmir.

S.Salmanova Mediasiya Şurasında çox mühüm dəyişikliklərə və yeniliklərə imza atıldığını bildirib.

Konfransda çıxış edən digər natiqlər qısa müddət ərzində Mediasiya Şurasının fəaliyyətində mühüm nailiyyətlərin əldə olunmasını Azərbaycanda mediasiya institutunun sürətli inkişafının göstəricisi kimi qiymətləndiriblər.

Daha sonra konfrans iştirakçıları Sumqayıt şəhər 1 saylı mediasiya təşkilatının inzibati binasına baxış keçiriblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri