Azərbaycan və Qırğızıstan mediasiya təcrübəsinə həsr edilmiş Konfrans keçirilib
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Bakıda səfərdə olan Qırğızıstan nümayəndə heyətinin Azərbaycan Respublikasının üzvü olan mediatorlarla görüş - Konfransı keçirilib.
Newscenter.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyevin açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamlayaraq mediasiyanın mübahisələrin alternativ həlli mexanizmi kimi əhəmiyyətindən, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyindən və Azərbaycan mediasiya institutunun inkişaf yolundan bəhs edib.
Daha sonra Qırğızıstan Respublikasının ədliyyə nazirinin müavini Orozbek Sıdıkov çıxış edərək Qırğızıstanda mediasiya sahəsində həyata keçirilən islahatlardan, normativ-hüquqi bazanın formalaşdırılmasından və praktiki tətbiq mexanizmlərindən danışıb, Azərbaycanla təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Türk Dünyası Arabulucular Birliği'nin İdarə Heyətinin sədri Yakup Erikel çıxışında türkdilli ölkələr arasında mediasiya sahəsində vahid yanaşmaların formalaşdırılmasının, peşəkar mediator şəbəkəsinin genişləndirilməsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Konfransda çıxış edən Qırğızıstan Respublikasının Respublika Mediatorlar Birliyinin Müşahidə Şurasının sədri Gülsina Kojoyarova mediasiya prosesində mediatorun rolu, etik prinsiplər və praktiki çətinliklər barədə fikirlərini bölüşərək, real təcrübələr əsasında effektiv mediasiya modelinin formalaşdırılmasına dair tövsiyələrini səsləndirib.
Daha sonra Bakı Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu çıxış edərək mediasiyanın biznes mühitində mübahisələrin operativ və sülh yolu ilə həllində mühüm alət olduğunu bildirib, ticarət və iqtisadi əlaqələrin inkişafında mediasiya institutunun roluna diqqət çəkib.
Tədbirin sonunda Qırğızıstan və Azərbaycan mediatorlarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib
20 Noyabr 2024 21:26
Sumqayıtda mediasiya sahəsində yeni trendlərə həsr olunan konfrans keçirilib
23 Yanvar 2025 18:23
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib FOTOLAR
20 Noyabr 2024 21:02
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib Fotolar
21 Noyabr 2024 12:03
Ağsuda tarixçi alimə həsr edilmiş elmi praktik konfrans keçirilib
04 Sentyabr 2025 12:31
Baxış sayı:78
Bu xəbər 17 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















