Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Sumqayıtda mühüm konfrans keçirildi Foto

Sumqayıtda mühüm konfrans keçirildi Foto

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aprelin 30-da Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadi səmərəliliyi və elmi-texniki əsasları” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfrans “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq bu sahədə mövcud elmi yanaşmaların müzakirəsi, tarixi irsin araşdırılması və müasir inkişaf tendensiyalarının təhlilinə həsr edilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru vi.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov ölkədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının dövlət səviyyəsində bu sahəyə verilən yüksək əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə dövlət orqanları və ali təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyət planları hazırlanaraq icrasına başlanılıb və keçirilən konfrans da həmin tədbirlər planının mühüm tərkib hissəsidir.

Əminağa Sadıqov qeyd edib ki, konfransa 24 elm və ali təhsil müəssisəsindən 156 məruzə təqdim olunmuş, onlardan 120-si elmi komitə tərəfindən müsbət qiymətləndirilərək proqrama daxil edilib. Bu isə mövzuya olan yüksək marağın və elmi potensialın göstəricisidir.

Çıxışında Azərbaycanın şəhərsalma və memarlıq sahəsində zəngin tarixi ənənələrə malik olduğunu bildirən Əminağa Sadıqov vurğulayıb ki, müasir dövrdə bu ənənələr innovativ yanaşmalarla birləşdirilərək davam etdirilir. O, ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edildiyini, bina informasiya modelləşdirilməsi (BIM), 3D layihələndirmə və süni intellekt əsaslı texnologiyaların şəhərsalma sahəsində geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Ə.Sadıqov, həmçinin qeyd edib ki, rəqəmsal transformasiya istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mühüm sənədlər qəbul olunub, bu sahədə vahid yanaşma formalaşdırılıb və müvafiq şura yaradılaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin şuraya sədr təyin edilib. Bu fakt ölkə rəhbərliyinin rəqəmsal inkişaf və müasir şəhərsalma məsələlərinə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.

Əminağa Sadıqov çıxışında Sumqayıt şəhərinin son illərdə keçdiyi inkişaf yoluna da toxunaraq bildirib ki, şəhər artıq müasir urbanistik yanaşmaların tətbiq olunduğu nümunəvi məkanlardan birinə çevrilib və bu inkişaf ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək belə elmi platformaların şəhərsalma sahəsində yeni ideyaların formalaşmasına töhfə verdiyini bildirib. O, ölkədə bütün sahələrdə olduğu kimi şəhərsalma və memarlıq istiqamətində də sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin nəticələrinə diqqət çəkib.

İcra başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri müasir şəhərsalma prinsiplərinə əsaslanır və bu proseslərdə dövlət başçısı layihələrin icrasında bilavasitə iştirak edir. O, Sumqayıt şəhərinin də tarixi inkişaf yoluna nəzər salaraq bildirib ki, şəhər sənaye mərkəzindən müasir və ekoloji baxımdan yenilənmiş urbanistik məkana çevrilməkdədir.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov çıxışında urbanizasiya proseslərinin qlobal tendensiyalarına toxunaraq bildirib ki, dünyada əhalinin böyük hissəsi artıq şəhərlərdə yaşayır və bu proses getdikcə sürətlənir. O qeyd edib ki, Azərbaycanda urbanizasiya balanslı şəkildə inkişaf etsə də, Abşeron yarımadasında, xüsusilə Sumqayıt və ətraf ərazilərdə bu proses daha intensiv xarakter daşıyır. Bu isə şəhərsalma siyasətində elmi əsaslandırılmış yanaşmaların vacibliyini artırır.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxışında Azərbaycan memarlıq irsinin elmi tədqiqi, qorunması və müasir şəhərsalma proseslərinə inteqrasiyasının vacibliyindən bəhs edib. O, milli memarlıq ənənələrinin yeni urbanistik layihələrdə tətbiqinin həm estetik, həm də funksional baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov isə çıxışında universitetlərarası əməkdaşlığın şəhərsalma sahəsində kadr hazırlığına və elmi tədqiqatların inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Plenar iclasda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Azərbaycanda şəhərsalma və memarlıq tarixi: təkamül və müasir inkişaf istiqamətləri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi Yeganə Kərimli isə “Bakı şəhərinin urbanistik inkişafında Bayır şəhərinin rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın bədii hissəsində SDU-nun “Səma” rəqs qrupunun ifasında “Azərbaycan süitası” təqdim olunub, Mühəndislik fakültəsinin tələbəsi Kənan Əhmədzadə “Sevgili canan” mahnısını ifa edib. Daha sonra Mühəndislik fakültəsinin tələbəsi Tunar Musayev və Filologiya fakültəsinin tələbəsi Nərgiz Həsənovanın ifasında “Xoşbəxtlik” mahnısı səsləndirilib.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib, təqdim olunan elmi məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Aprel 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri