Sumqayıtda qadının 7 min pulu və bank kartları oğurlandı Saxlanılan VAR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində bir qadının pulqabısı oğurlanıb.
Redaktor.az xəbər verir ki, polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

