Sumqayıtda qardaşlar bir birini xəstəxanalıq etdi
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.
Redaktor.az xəbər verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.
İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.
Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bazu və saidin kəsilmiş yarası, kəllənin kəsilmiş çoxsaylı yaraları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Vəziyyəti stabil olan digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb" (Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 İyul 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















