Icma.az
close
up
RU
Sumqayıtda qaz niyə yoxdur?

Sumqayıtda qaz niyə yoxdur?

Bu gün Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan “Şəhər-4” daşıyıcı qaz kəmərində “Azəriqaz"ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.

seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri