Sumqayıtda qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması həyata keçiriləcək
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi həyata keçiriləcək.
Bu barədə BAKU.WS-ə agentlikdən bildirilib.
Məlumata əsasən, bu məqsədlə "FT Uerxauzinq Kompani" MMC-yə Parkın rezidenti statusu verilib.
İnvestisiya dəyəri 18,5 milyon manat olan layihəs çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır.
Sumqayıt Sənaye Parkında bu günə qədər ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər Parka 5,7 milyard manatdan çox investisiya yatırıb və nəticədə 6 000-dən artıq daimi iş yeri yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 27 İyul 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















