Icma.az
close
up
RU
Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində Faşizm üzərində Qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq nümunəsi göstərdiyini və bunun heç zaman unudulmayacağını, əsrlər sonra da ehtiram hissi ilə yad ediləcəyini bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Hitler Almaniyası üzərində qazanılan Qələbənin əldə edilməsində Azərbaycan xalqının, Azərbaycan neftinin həlledici rol oynadığını bildirib: “İkinci Dünya müharibəsində iştirak edən 700 mindən çox azərbaycanlıdan 300 mini həlak olub, 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilib. Tank qoşunları komandiri general Həzi Aslanov, atıcı bölük komandirinin köməkçisi İsrafil Məmmədov, partizan Mehdi Hüseynzadə və digər soydaşlarımızın qəhrəmanlığı dillər əzbəri olub. Müharibə illərində Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin edrək Qələbəyə misilsiz töhfələr verib. Bakı neftçiləri həmin illərdə arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər”.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı maraqlı faktlardan bəhs edib, ölkəmizin gələcəyi naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri