Icma.az
close
up
RU
Şəkidə tədbir: “Zəfərdən Zəfərə gedən yol”

Şəkidə tədbir: “Zəfərdən Zəfərə gedən yol”

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəki, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Aprelin 23-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən Zəfərə gedən yol” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə verdiyi əvəzsiz töhfələrdən, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd olunub ki, bəşəriyyət tarixində İkinci Dünya müharibəsi dağıdıcı xüsusiyyətə malik dəhşətli müharibə idi. Bu il faşizm üzərində əldə edilmiş qələbədən 80 il ötür. İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.

Vurğulanıb ki, tarix boyu Vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərlə əlamətdardır. Bu il xalqımız Vətən müharibəsində tarixi Qələbənin 5-ci ildönümünü qeyd edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see228

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see181

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see177

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see173

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see173

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see173

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see173

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see169

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see169

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see169

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see161

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see160

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see159

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see155

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see155

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see153

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see151

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see146

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri