Icma.az
close
up
RU
Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir təşkil olunub

Gəncədə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir təşkil olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 aprel, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Gəncədəki Heydər Əliyev Mərkəzində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin heykəli ziyarət olunub və önünə gül dəstələri qoyulub.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov tədbirin əhəmiyyətindən bəhs edib, Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını, həmin günlərdə Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, dəyanət və mübarizlik nümayiş etdirdiyini bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibədə hərbi əməliyyatlarda iştirak edən 700 mindən çox azərbaycanlının təxminən yarısı həlak olub. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülüb, minlərlə soydaşımız müxtəlif orden və medallarla təltif olunub. 1945-ci ildə alman faşizmi üzərində qələbədə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də möhtəşəm Zəfər qazanaraq qəhrəmanlıq ənənəsinə sadiqliyini bir daha nümayiş etdirib. İllər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlar gətirib, həmin müharibənin iştirakçısı olan atası ilə bağlı xatirələrini bölüşüb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. O, gəncləri xalqımızın qəhrəmanlıq tarixini öyrənməyə çağırıb və onların hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində ardıcıl iş aparmağı tövsiyə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri