Icma.az
close
up
RU
Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Sumqayıtda Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirildi

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, STP Şirkətlər Qrupunun birgə təşkilatçılığı və Milli Məclisin deputatı Mehriban Vəliyevanın təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uğurlu qadın olmağın sirri” adlı tədbir keçirilib.

Muğam Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatları Tahir Mirkişili, Elnarə Akimova, Səbinə Salmanova, Zaur Şükürov, STP Şirkətlər Qrupunun nümayəndələri, həkimlər, müəllimlər və Sumqayıt ictimaiyyəti iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar üçün sərgi nümayiş etdirilib. Daha sonra tədbir Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri Milli Məclisin deputatı Mehriban Vəliyeva açaraq akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O, Zərifə xanımın timsalında uğurlu Azərbaycan qadınının cəmiyyətə və ailəyə verdiyi töhfələrin gənc nəslə nümunə olduğunu vurğulayıb. STP Şirkətlər Qrupunun “Zərif mühəndislər” və “Sabahın gücü” layihələrinin iştirakçısı olan qadın mühəndislərin uğurlarından bəhs edib. Zərifə xanımın uğur sirrinin zəhmət, sədaqət və insanlara olan məhəbbətdən keçdiyini qeyd edib və layihə iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Zərifə Əliyeva haqqında videoçarx nümayiş etdirilib.

Tədbirin qonağı, professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Zərifə xanımın oftalmologiya sahəsindəki uğurlarından danışıb və onun ailə dəyərlərinə sadiqliyinin, milli-mənəvi dəyərlərin qorunmasında nümunəvi fəaliyyətinin bu gün də davam etdirildiyini bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova da Zərifə xanımın həyat yolundan və onun qadınların cəmiyyətdəki rolunun artmasına verdiyi töhfələrdən bəhs edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında akademik Zərifə xanım Əliyevanın elmə, cəmiyyətə və ailəyə verdiyi misilsiz töhfələrdən bəhs edib. Zakir Fərəcov bildirib ki, Zərifə xanımın həyat yolu Azərbaycan qadını üçün örnək məktəbdir. O, təkcə tibb sahəsində deyil, eyni zamanda insanlara olan münasibəti, yüksək mənəviyyatı və nümunəvi ailə dəyərləri ilə də hər zaman seçilib. Zakir Fərəcov gənclərə müraciət edərək, milli-mənəvi dəyərlərə sadiq qalmağı, təhsilə, elmə və zəhmətə önəm verməyi tövsiyə edib.

Tədbir daha sonra panel müzakirəsi ilə davam edib. Panel öncəsi “Sabahın gücü” layihəsinin məzunu Nərgiz Qafarova layihə və tədbir haqqında məlumat verib, sonra isə gənclərin suallarını panel iştirakçılarına ünvanlayıb. Paneldə deputatlar Səbinə Salmanova, Elnarə Akimova, Prezident təqaüdçüsü, əməkdar müəllim Ofelya Babayeva və əməkdar həkim Təranə Rəcəbli gənclərin suallarını cavablandırıblar.

Tədbir Sumqayıt Musiqi Kollecinin hazırladığı bədii hissə ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Aprel 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri