Icma.az
close
up
RU
Qazaxda Akademik Zərifə xanım Əliyevanın Anım günü ilə əlaqədar tədbir keçirildi

Qazaxda Akademik Zərifə xanım Əliyevanın Anım günü ilə əlaqədar tədbir keçirildi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

15 aprel 2025-ci il tarixdə YAP Qazax rayon təşkilatının, Qazax rayon İcra Hakimiyyətinin və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın Anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” mövzusunda tədbir keçirildi.

Qazax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Zərifə xanım Əliyevaya həsr edilmiş film nümayiş etdirildi.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyətindən ətraflı danışdı. Bildirdi ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, zəngin elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. 

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxışında bildirdi ki, xalqımızın yaddaşında əbədi qalan, hər zaman böyük hörmətlə anılan görkəmli şəxsiyyətlərdən biri də həkim - oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevadır. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət olan Zərifə xanımı hələ sağlığında əfsanələşdirmişdir. Zərifə xanım həm də qayğıkeş ana, vəfalı bir ömür - gün yoldaşı idi. Zərifə Əliyeva əsl Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirərək hər zaman Ulu Öndərimizə dəstək olmuşdur. Rayon təşkilatının sədri onu da qeyd etdi ki, Ümummilli Liderimiz, Dahi Rəhbərimiz Heydər Əliyev də, hörmətli Akademik Zərifə xanım Əliyeva da  xoşbəxt insanlar olublar ki, onlar müdrik xalqımız tərəfindən hər zaman böyük hörmət və ehtiramla yad edilir, onların əziz xatirəsi həmişə uca tutulur.

Tədbirdə Qazax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov, təqaüddə olan həkim Sevda Məmmədova, həkim - oftalmoloq Məlahət Mustafayeva, həkim - nefroloq Cahanə Xasməmmədova, həkim otolorenqoloq Gültac Qədimalıyeva Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti ilə bağlı ətraflı çıxış etdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri