Sumqayıtın “Dəmir adam”ı rusiyalı rəqibinə qalib gəldi VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Qaydasız döyüş üzrə(MMA) azərbaycanlı idmançı Tural Rəhimov oktyabrın 30-da Tacikistanın Düşənbə şəhərində keçirilən "ACA 209" turnirində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, 38 yaşlı döyüşçü yarım yüngül çəki dərəcəsində rusiyalı Naşxo Qalayevlə qarşılaşıb. Üç raund davam edən döyüşdə Rəhimov hakimlərin yekdil qərarı ilə qalib gəlib – 29:28, 29:27, 29:28.
Bu, azərbaycanlı idmançının peşəkar karyerasında 23-cü qələbəsi olub. Onun hesabında 10 məğlubiyyət də var. Rəqibinin aktivində isə 13 qələbə və 11 məğlubiyyət yer alır.
Qeyd edək ki, Sumqayıt təmsilçisi “Dəmir adam” ləqəbi ilə tanınır. O, daha əvvəl Yaponiyanın “Rizin” promouşenində çıxış edib. Rəhimov 2023-cü ilin noyabrında Bakıda keçirilən "Landmark 7" turnirində də döyüşüb.
Azərbaycanlı idmançı sonuncu dəfə 2024-cü ilin noyabrında "ACA 181" turnirində çıxış edib. Həmin görüşdə o, rusiyalı Nikita Prixodkonu ilk raundda qoluna ağrılı fənd tətbiq etməklə məğlub edib.
Xatırladaq ki, "ACA 209" turnirinin əsas döyüşündə tacikistanlı Faridun Odilov rusiyalı Artem Frolova hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlərin hər üçü döyüşü 30:27 hesabı ilə Odilovun xeyrinə qiymətləndirib.
Baxış sayı:77
Bu xəbər 31 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















