Sünbül bağçasında BİABIRÇI OLAY Müəllimə jurnalistləri görüb ayaqyolunun pəncərəsindən QAÇDI VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.
Bizim.Media xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn Xəzər Xəbər-in çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.
Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.
Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















