Icma.az
close
up
RU
Süni intellekt Babilin gizli himnini ortaya qoyan mixi lövhələrin şifrini açmağa kömək edir

Süni intellekt Babilin gizli himnini ortaya qoyan mixi lövhələrin şifrini açmağa kömək edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 iyul, AZƏRTAC

Almaniyanın Münxen şəhərindəki Lüdviq Maksimilian Universitetinin (LMU) və Bağdad Universitetinin tədqiqatçıları Babil şəhərinin qədim himnini bərpa ediblər. Dünyaya səpələnmiş mixi yazı lövhələrinin parçalarını birləşdirmək üçün süni intellektdən istifadə edən tədqiqat qrupu “Babil himni” kimi tanınan 3000 illik kompozisiyaya yeni nəfəs verib.

AZƏRTAC “Popular Science” nəşrinə istinadla xəbər verir ki, alimlərin qənaətinə görə, eramızdan əvvəl birinci minilliyin əvvəlinə aid olan və 250 misradan ibarət himn Babil şəhər cəmiyyəti haqqında indiyədək məlum olmayan fikirlər təqdim edir. Bu himn miladdan əvvəl 1000-ci illərdə Babildəki məktəblərdə təhsil vasitəsi kimi istifadə edilib. Onun üzərində yazıldığı materialın yalnız fraqmentlərinin sağ qaldığı halda, tam mətnin yenidən qurulması ənənəvi metodlardan istifadə etməklə onilliklər çəkəcək monumental bir iş kimi görünürdü.

“Popular Science” nəşrinə görə, LMU-nun Assuriya mədəniyyəti üzrə mütəxəssisi və tədqiqatın əsas müəlliflərdən biri olan Enrike Jimenez bildirib: “Süni intellektlə dəstəklənən platformamızdan istifadə edərək yenidən kəşf edilmiş himnə aid olan 30 digər əlyazmanı müəyyən edə bildik. Bu, əvvəllər onilliklər çəkəcək bir proses idi”. Alim əlavə edib ki, bu nailiyyətin əldə olunmasında mühüm rol oynayan Elektron Babil Kitabxanası Platforması vasitəsilə mixi mətn fraqmentləri rəqəmsallaşdırılır.

Himn Babili bolluq və firavanlıq cənnəti kimi parlaq şəkildə təsvir edir. Burada sakinlərin gündəlik həyatı və Fərat çayının tarlaları yaşıllıqla doldurduğu baharın əhəmiyyəti ətraflı təsvir edilib. Jimenez qeyd edib: “Bu himnin müəllifi Fəratın baharın müjdəçisi olduğunu və torpaqların yaşıla büründüyünü vəsf edir”.

Mətn Babil cəmiyyətinin əvvəllər sənədləşdirilməmiş tərəflərinə işıq salır. O, qadınların cəmiyyətdə rolunu da təsvir edir. Alimlər qeyd edirlər ki, himn həm də babillilərin dəyər verdiyi əxlaqi idealları əks etdirir, əcnəbilərə hörmət, həssas insanların müdafiəsi, əsirlərin azad edilməsi, yetimlərə yardım kimi mövzulara toxunur. Bu, qədim dünyanın ən böyük şəhərində birgəyaşayış üçün unikal perspektiv təklif edir.

Babil qədim dövrdə dünyanın ən böyük şəhəri və ədəbi əsərlərə, o cümlədən Gilqameş dastanına ilham verən mədəniyyət paytaxtı olub. Bağdaddan təxminən 85 kilometr cənubda yerləşən Babil xarabalıqları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. Təxminən eramızdan əvvəl 2000-ci ildə Mesopotamiyada qurulan şəhər Fərat çayının sahilində yerləşirdi. AI texnologiyasının köməyi ilə oxunan mətndə bu çayı tərənnüm edən sətirlər də yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri