Icma.az
close
up
RU
Süni intellekt həkimlərə intihar riskini müəyyənləşdirməyə kömək edir ARAŞDIRMA AZƏRTAC

Süni intellekt həkimlərə intihar riskini müəyyənləşdirməyə kömək edir ARAŞDIRMA AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 yanvar, AZƏRTAC

Vanderbilt Universiteti Tibb Mərkəzində aparılan yeni bir araşdırma süni intellekt (AI) sistemlərinin həkimlərə intihar riski olan xəstələri daha effektiv müəyyənləşdirməyə yardım etdiyini və bu yolla qarşısının alınması tədbirlərini təkmilləşdirdiyini göstərir. Araşdırma Vanderbilt İntihar Cəhdi və Fikir Ehtimal modeli (VSAIL) adlı süni intellekt sisteminin tətbiqinin nəticələrini ortaya qoyur.

AZƏRTAC “Medical Xpress” portalına istinadla xəbər verir ki, bu sistem, elektron sağlamlıq qeydlərindən alınan məlumatları təhlil edərək paiyentin növbəti 30 gün ərzində intihar cəhdində olma ehtimalını hesablayır. Araşdırma göstərib ki, həkimləri xəbərdar edən avtomatik “pop-up” siqnalları passiv olan, sadəcə risk məlumatlarını təqdim edən sistemlərə nisbətən daha təsirlidir. Belə ki, fasiləli xəbərdarlıqlar həkimləri siqnalların 42 faizi üzrə skrininq aparmağa təşviq etdiyi halda, passiv sistemdə bu göstərici yalnız 4 faiz təşkil edib.

Araşdırma nəticələrinə əsasən, intiharla bağlı statistikaya görə, ABŞ-da hər il 100 min nəfərdən 14 min 200-ü intihar nəticəsində həyatını itirir. İntihar ABŞ-da 11-ci əsas ölüm səbəbidir. İntihar edən şəxslərin 77 faizi ölümündən bir il əvvəl tibb işçiləri ilə münasibətdə olub. Universal skrininq praktiki olaraq çətin olduğu üçün VSAIL modeli yalnız yüksək riskli xəstələri müəyyən etmək və həkimlərə diqqətli skrininq aparmaqda yardım üçün hazırlanıb. Altı aylıq araşdırma çərçivəsində 7 mindən çox pasiyent ziyarətindən 596 avtomatlaşdırılmış müayinə xəbərdarlığı yaradılıb. Təsadüfiləşdirilmiş qruplarda fasiləli xəbərdarlıqların tətbiq olunduğu hallarda həkimlər daha çox müayinə aparıblar. Bununla yanaşı, xəbərdarlıqların çoxluğu “xəbərdarlıq yorğunluğu” kimi problemlərə səbəb ola biləcəyindən, gələcək tədqiqatların bu məsələyə diqqət yetirməsi tövsiyə edilir.

Araşdırma göstərir ki, süni intellektin avtomatlaşdırılmış xəbərdarlıq sistemləri intihar riskini daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər və səhiyyə sistemlərində qarşısının alınması strategiyalarını gücləndirə bilər. Bununla belə, bu yanaşmanın effektivliyi və yan təsirləri arasında tarazlıq tapmaq vacibdir. Tədqiqatçılar oxşar sistemlərin digər tibbi sahələrdə də sınaqdan keçirilməsini tövsiyə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Yanvar 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri