Süni intellekt insan müdaxiləsi olmadan özlərini kopyalaya bilir (ARAŞDIRMA)
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Çinli alimlər iki populyar dil modelinin özlərini necə kopyalaya biləcəyini nümayiş etdirərək, süni intellektin özünü çoxaltma qabiliyyətinə malik olduğunu və bunun təhlükəli bir inkişaf ola biləcəyini bildiriblər.
Qaynarinfo xəbər verir ki, Fudan Universitetinin tədqiqatçıları "Meta" və "Alibaba"ya məxsus iki böyük dil modelindən (LLM) istifadə edərək, süni intellektin özünü kopyalama qabiliyyəti üzərində araşdırma aparıblar.
Tədqiqata görə, bu modellər insan müdaxiləsi olmadan özlərini kopyalaya bilirlər. Araşdırmanın nəticələri belə izah olunub: "Süni intellektin özünü kopyalaya bilməsi, insanların geridə qalmasına aparan kritik bir addımdır və üsyankar süni intellektlərin erkən əlamətidir".
Alimlər 10 sınaq keçiriblər və bu sınaqlarda modellər müvafiq olaraq 50% və 90% nisbətində özlərini kopyalayıblar. Bu isə süni intellektin nəzarətsiz şəkildə çoxalma potensialına malik ola biləcəyini göstərir. Lakin bu araşdırma hələ elmi jurnallarda dərc olunmadığından, nəticələrin digər alimlər tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli deyil.
Tədqiqatçılar süni intellektin potensial risklərini başa düşmək və dəyərləndirmək üçün daha çox səylərin göstərilməli olduğunu, eləcə də effektiv təhlükəsizlik tədbirlərinin formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacib olduğunu vurğulayıblar.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Fevral 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















