Icma.az
close
up
RU
Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni İntellektin (Sİ) əhəmiyyəti durmadan artır. O, sənayeləri kökündən dəyişir, effektivliyi artırır və iqlim dəyişikliyi və səhiyyəyə çıxış kimi qlobal problemlərin həllinə kömək edir. Bu səbəbdən ölkələr Sİ texnologiyalarını inkişaf etdirmək üçün ciddi rəqabət aparırlar.

ABŞ. ABŞ müasir Sİ-in beşiyi hesab olunur. Google, Microsoft və IBM kimi texnologiya nəhəngləri Sİ tədqiqatlarına böyük sərmayələr yatırır. Silikon Vadisi isə startaplar, tədqiqatçılar və sahibkarlar üçün əsas mərkəzə çevrilib. ABŞ-da Sİ inkişafının əsas üstünlüklərindən biri universitetlərlə özəl sektor arasında sıx əməkdaşlıqdır. Həmçinin dövlət də Sİ-in strateji əhəmiyyətini qəbul edərək müxtəlif təşəbbüslər həyata keçirir.

ÇİN. Çin sürətlə Sİ sahəsində əsas oyunçulardan birinə çevrilir. Çin hökuməti Sİ-i milli prioritet elan edib və 2030-cu ilə qədər dünya lideri olmağı hədəfləyir. Bu istiqamətdə milyardlarla dollar investisiya qoyulur. Baidu, Alibaba və Tencent kimi şirkətlər böyük istifadəçi bazasından əldə etdikləri məlumatlar sayəsində Sİ sistemlərini inkişaf etdirirlər. Çin əhalisinin çoxluğu da böyük həcmdə məlumat yaradaraq bu sahədə üstünlük yaradır.

AVROPA İTTİFAQI. ABŞ və Çinlə müqayisədə Avropa İttifaqı fərqli strategiya seçib. Burada əsas diqqət etik Sİ-in inkişafına və hüquqi çərçivələrin yaradılmasına yönəlib. Məqsəd həm innovasiyanı təşviq etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. “Horizon Europe” kimi proqramlar vasitəsilə Sİ tədqiqatlarına dəstək verilir və ölkələrarası əməkdaşlıq gücləndirilir.

KANADA. Kanada, xüsusilə “deep learning” sahəsində mühüm nailiyyətlər əldə edib.  Toronto şəhəri isə qlobal Sİ mərkəzlərindən birinə çevrilib. Kanada hökuməti Sİ-n iqtisadi və sosial potensialını nəzərə alaraq bu sahəyə dəstək verir və etik Sİ inkişafına xüsusi diqqət yetirir.

STARTAPLARIN ROLU. Sİ inkişafında yalnız böyük şirkətlər deyil, startaplar da mühüm rol oynayır. Dünyanın müxtəlif ölkələrində startaplar təhsil, səhiyyə, marketinq və kənd təsərrüfatı kimi sahələrdə innovativ həllər təqdim edir. İsrail və Hindistan bu baxımdan seçilir. İsrail “Startap milləti” kimi tanınır, Hindistan isə Sİ-i yerli problemlərin həllində aktiv istifadə edir.

Sİ YARIŞININ  GƏLƏCƏYİ. Məlumat mübadiləsi və ortaq tədqiqatlar əsas rol oynayır. Eyni zamanda etik problemlərin, o cümlədən  məlumat məxfiliyi və alqoritmik qərəzin həlli önə çıxır. Sİ üzrə yarış davam etdikcə, beynəlxalq əməkdaşlığın vacibliyi daha da artır. Həm də bu yarış yalnız texnologiya yarışı deyil, gələcəyin formalaşdırılması ilə bağlıdır. Süni intellekt gələcəyin açarıdır və bu gələcək artıq başlayıb.

AZƏRBAYCAN. Hazırda ABŞ və Çin liderdir, lakin digər ölkələr də sürətlə irəliləyir. Azərbaycan da Süni İntellektin inkişafı istiqamətində son dövrlərdə mühüm və sistemli addımlar atır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi, 11 fevral 2026-cı ildə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi və həmin müşavirədə müəyyənləşdirilən prioritetlər bu sahəyə verilən yüksək əhəmiyyətin bariz göstəricisidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkədə rəqəmsal transformasiyanın institusional əsaslarını daha da gücləndirir və Süni İntellekt sahəsində vahid yanaşmanın formalaşdırıldığını göstərir. Bütün bunlar Azərbaycanın bu yeni və strateji sahədə öz baxışına malik olduğunu və qlobal rəqabətdə layiqli yer tutmaq niyyətini  nümayiş etdirir. Hesab edirik ki, Süni İntellektin inkişafı baxımından ölkənin böyük və ya kiçik olması həlledici faktor deyil. Əsas məsələ düzgün prioritetlərin seçilməsi, resursların səmərəli səfərbər olunması və dəyişikliklərə operativ reaksiya verə bilməkdir. Bu baxımdan Azərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlar və bu sahədə potensialın formalaşdırılması çox təqdirəlayiqdir. Mövcud durumun və imkanların, mümkün qısa vaxtda müsbət nəticələr əldə etmək zəruriliyi nəzərə alınaraq Süni İntellektin tətbiqi baxımından təhsil və elm sahələrinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi məqsədəuyğun görünür. Artıq Ağıllı Təhsil, Sİ-li təhsil qlobal gündəmdədir və aktiv formalaşma mərhələsindədir.

Bu kontekstdə bu gün dünyanın aparıcı ali təhsil mərkəzləri yeni texnoloji reallıqlara uyğun olaraq yenidən formalaşır və eləcə də, dünyada tamamilə yeni ali təhsil mərkəzləri yaranmaqdadır. Bu isə onu göstərir ki, məhz indi yeni ali təhsil liderlərinin ortaya çıxması üçün əlverişli tarixi mərhələdir. İnanırıq ki, yeni "harvard"lar məhz indi formalaşır və Azərbaycanın da bu sahədə potensialı və real şansları var. Bu şansın reallaşdırılmasının isə iki əsas amildən, daha doğrusu, bu yeniliklərə mümkün qədər tez başlamaqdan və dəyişikliklərin sürətindən asılı olduğuna inanırıq.

Ədalət Muradov
UNEC-in rektoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri