Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) təşkilatçılığı ilə “Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forum”da (Global Forum on IP and AI) tədbiri keçirilib. Tədbirdə Azərbaycan təmsil olunub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) AZƏRTAC-a bildirilib ki, tədbirdə XRİTDX-nin əməkdaşı Günay Əbdiyeva-Əliyeva iştirak edib. Forum çərçivəsində süni intellekt texnologiyalarının inkişafı fonunda əqli mülkiyyət hüquqlarının qorunması, rəqəmsal mühitdə yaranan yeni çağırışlar, innovasiyaların təşviqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbir müxtəlif ölkələrdən olan ekspertlərin və mütəxəssislərin iştirakı ilə aktual məsələlər ətrafında fikir və təcrübə mübadiləsinin aparılması üçün beynəlxalq platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















