Icma.az
close
up
RU
Süni intellekt üçün əsas yanacaq datadır

Süni intellekt üçün əsas yanacaq datadır

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ekspertin sözlərinə görə, biznesin və elmi tədqiqat sektorunun isə dövlətə məxsus dataya əlçatanlığı yoxdur


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


"Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır". Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib. Dövlət başçısı qeyd edib ki, biz hər zaman əsas aparıcı xəttin, yəni "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq: "Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni bəlkə də, geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm". Ölkə rəhbəri bəyan edib ki, digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb: 

"Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik".

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib. Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır. Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyükhəcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır. Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır. Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək. Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya, həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.


"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə deyib ki, süni intellekt üçün əsas yanacaq datadır. Ekspertin sözlərinə görə, biznesin və elmi tədqiqat sektorunun isə dövlətə məxsus dataya əlçatanlığı yoxdur:

"Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ölkəmizdə süni intellekt məsələsinə də toxundu. Prezident bu sahədə geri qalmamağın vacibliyini vurğuladı. Amma görünən odur ki, bu istiqamətdə müəyyən addımlar atılsa da, proseslər ləng gedir. "2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nda qeyd olunan prioritetlər - əlaqələndirmə, təbii dilin emalı modellərinin hazırlanması, hesablama infrastrukturunun qurulması və dataya əlçatanlıq kimi istiqamətlərdə real irəliləyişlər hələ görünmür. Azərbaycan dilinin Milli Korpusu hələ hazırlanmayıb. Bu sektorda pərakəndəlik hökm sürür. Xüsusilə diqqət çəkən məsələ dataların idarə edilməsi ilə bağlıdır. Uzun illərdir bu mövzu öz həllini tapmır. Dövlətə məxsus məlumatlar biznes və startaplar üçün əlçatan deyil. Əksinə, bəzi dövlət qurumları özlərinə məxsus datalar üzərində kommersiya fəaliyyəti qurub, digərlərinə bu məlumatlardan istifadə imkanı vermirlər". 


O.Gündüz bəyan edib ki, bir neçə ildir ki, “məlumatların idarə edilməsi strategiyası”nın hazırlanması istiqamətində işlər aparıldığı bildirilirdi:

"Xatırlayıram ki, 3-4 il öncə RİNN Dünya Bankı ilə birlikdə belə bir sənəd üzərində işlədiklərini qeyd etmişdi. İndi isə bildiyimə görə, RİNN və İRİA “Dövlətə məxsus məlumatların idarə edilməsi strategiyası” layihəsini hazırlayıb. Bu, çox vacib və strateji sənəddir. Çünki dövlətin topladığı nəhəng həcmli sosial, iqtisadi, coğrafi, ekoloji və səhiyyə dataları süni intellektin inkişafı üçün əsas xammaldır. Yaxşı olardı ki, maraqlı tərəflərin iştirakı ilə bu layihənin müzakirəsi keçirilsin. Eyni zamanda açıq məlumat bazaları haqqında qanun layihəsinin də hazırlanması vacibdir. Prezident İlham Əliyev çıxışında alimlərin də süni intellekt sahəsində daha fəal iştirak etməli olduqlarını qeyd edib. Ümid edirəm, bu mesaj həm elm, həm də rəqəmsal sektorun rəhbərləri üçün ciddi siqnal olacaq və tezliklə dövlətə məxsus datalardan bütün maraqlı tərəflərin istifadə etməsi üçün bərabər və şəffaf imkanlar yaradılacaq. Hazırda ölkəmizdə İN və "AzİnTelecom"a məxsus iki nəhəng hesablayıcı infrastruktur,  superkompüter mərkəzləri qurulur. Bu mərkəzdə yerləşdirilməli olan yerli süni intellekt layihələrin  hazırlanması üçün də münbit şəraitin yaradılması çox vacibdir. Əgər doğrudan da, süni intellekt sahəsində ciddi irəliləmək istəyiriksə, bu strategiya açıq data siyasəti, məlumatların təhlükəsiz paylaşım mexanizmləri, dövlət qurumları arasında inteqrasiya və innovasiyalar üçün bərabər imkanlar prinsipləri üzərində qurulmalıdır".

İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see263

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see228

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see224

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see222

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see221

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see220

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see217

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see216

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see206

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see202

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see201

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see199

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see198

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see198

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see198

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see196

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see195

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see188

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see179

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri