Süni intellektə güvənən yeniyetmə dağda köməksiz qaldı
Icma.az bildirir, Baku.ws portalına istinadən.
Kanadada 16 yaşlı yeniyetmə süni intellektin verdiyi marşrut üzrə hərəkət edərkən dağda köməksiz qalıb. Onun xilas edilməsi üçün helikopterin də cəlb olunduğu əməliyyat keçirilib.
BAKU.WS xəbər verir ki, hadisə Britaniya Kolumbiyası əyalətində baş verib. Brayz Vinsent Qouryluk adlı yeniyetmə marşrut planlaşdırmaq üçün "Claude" süni intellekt çatbotundan istifadə edib.
Yeniyetmə Qrous dağına kanat yolu ilə qalxdıqdan sonra yaxınlıqdakı Kroun dağına gedib qayıtmaq üçün çatbotdan istiqamət istəyib. Lakin süni intellektin verdiyi göstərişlər onu planlaşdırdığı marşrutdan uzaqlaşdırıb.
Daxili məkanda qayayadırmanma ilə məşğul olan yeniyetmə sonda təhlükəli qayalıq ərazidə, uçurumun yaxınlığında köməksiz qalıb. Vəziyyətin təhlükəli olduğunu anlayan Qouryluk əvvəlcə anasına zəng edib, daha sonra təcili yardım xidmətinə müraciət edib.
Hadisə yerinə Şimal Sahili Xilasetmə Xidmətinin əməkdaşları göndərilib. Helikopter ərazidə eniş edə bilmədiyindən iki xilasedici yeniyetmənin yanına endirilib. O, daha sonra Klivlend su anbarının yaxınlığındakı xilasetmə məntəqəsinə aparılıb.
Xilasedicilər yeniyetmənin gəzinti üçün müəyyən avadanlıqlara malik olduğunu, lakin qayayadırmanma üçün lazımi hazırlıq keçmədiyini bildiriblər. Onun marşrutdan xeyli kənara çıxdığı qeyd olunub.
Xilasetmə xidmətinin nümayəndəsi Pol Marki dağlıq ərazilərdə süni intellektin istiqamətləndirməsinə kor-koranə güvənməyin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, heç bir rəqəmsal tətbiq düzgün hazırlığı, xəritə və kompasdan istifadə bacarığını əvəz edə bilməz.
Qeyd edək ki, bu hadisə rəqəmsal xəritələrə həddindən artıq güvənməyin yaratdığı təhlükələri yenidən gündəmə gətirib. İyul ayında da "Google Maps" vasitəsilə marşrut planlaşdıran üç nəfər yanlış vaxt hesablamalarına görə xilas edilməli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 09 Oktyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















