Icma.az
close
up
RU
Süni intellektin ən mühüm töhfələrindən biri... Nazir

Süni intellektin ən mühüm töhfələrindən biri... Nazir

Icma.az bildirir, Axar.az portalına istinadən.

Çinin Sian şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) səhiyyə nazirlərinin VIII iclası keçirilir.

Axar.az xəbər verir ki, beynəlxalq tədbirdə ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan ölkəmizi səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Açılış nitqi ilə çıxış edən Çinin Milli Səhiyyə Komissiyasının naziri Ley Hayçao tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, builki iclasda rəqəmsal səhiyyə, ənənəvi təbabət, ilkin səhiyyə xidmətləri və təcili tibbi yardım kimi vacib səhiyyə sahələrində fəaliyyətlərin birgə effektiv əlaqələndirilməsi müzakirə olunacaq.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında ŞƏT-ə üzv ölkələrin səhiyyə nazirlərinin VIII iclasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Nazir 3 iyul 2024-cü iltarixində Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu xatırladıb:

“Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində vurğulayıb ki, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır”.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində 23 aprel 2025-ci il tarixində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalandığını diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Szinpinin dəvəti ilə Çinə dövlət səfəri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişafını sürətləndirəcək”.

“Prezident İlham Əliyevin rəhbərliyi altında sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal dövlət idarəçiliyinə keçid və iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan Respublikasının regionun aparıcı ölkəsi kimi mövqeyini gücləndirib. Dövlət başçısı öz çıxışında qeyd etdiyi kimi, COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar ötən ilin noyabrında beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının göstəricisidir. Ətraf mühitin çirklənməsinin insan sağlamlığına təsirinin azaldılması və sağlam həyat tərzinin təşviqi Azərbaycan hökumətinin əsas prioritetləridir”, - deyə Teymur Musayev bildirib.

Nazirin sözlərinə görə, qlobal səhiyyə son illər pandemiya, iqlim dəyişikliyi kimi amillərin təsiri ilə həm irəliləyişlər, həm də geriləmələr yaşayıb. Eyni zamanda, qlobal böhranlar müsbət dəyişikliklər üçün imkanlar yaradır və onlar tərəqqiyə aparan addımlar kimi qiymətləndirilməlidir:

“Böyük ehtimalla səhiyyə sektorunun inkişafı texnoloji tərəqqi, məlumatların təhlili və fərdiləşdirilmiş tibbə keçidin formalaşması ilə müəyyən ediləcək. Dünya səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir zamanda bizə yeni köməkçi – süni intellekt qoşulur. Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərini gücləndirməklə, səhiyyə xidmətlərinə çıxışı genişləndirməkdir. Bu texnologiyaların tam inteqrasiyası məqsədilə süni intelektin praktiki imkanlarından səmərəli istifadə etmək üçün qanunvericilik bazasının hazırlanması zəruridir”.

“Rəqəmsal alətlərin çox böyük faydaları olsa da, onlar insan amilini əvəz etməməli, tibb işçilərinə birbaşa xəstə baxışına daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr olmalıdır.

Səhiyyə sistemlərinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsiri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz “yaşıl xəstəxana”ların sayını artırmalı və səhiyyə müəssisələrində enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Səhiyyə sektoruna yatırımlar ümumi gələcəyə qoyulan investisiyalardır”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Təşkilata üzv ölkələrin səhiyyə sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri öz şıxışlarında ŞƏT-ə üzv ölkələr arasında səhiyyə sahəsində əməkdaşlığın əsas istiqamətləri barədə məlumat veriblər. Həmçinin, regionun bütün ölkələrinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə fəal dəstək verdiyi vurğulanıb.

Sonda görüş iştirakçıları ŞƏT-ə üzv dövlətlərdə səhiyyə sisteminin inkişafı, bu sahədə beynəlxalq təşkilatların rolu, tibb və əczaçılıq kadrlarının potensialının artırılması, o cümlədən ilkin səhiyyə, rəqəmsal səhiyyə və xalq təbabəti sahəsində ölkələr arasında əməkdaşlıq perspektivləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri