Icma.az
close
up
RU
Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri

Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Azərbaycan Türk dünyası çapında bir çox ilklərə imza atmış aparıcı ölkə kimi tanınır. Vaxtilə Birinci Bakı Türkoloji qurultayına da məhz bizim paytaxtımız ev sahibliyi edib. Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın gələn il 100 ili tamam olacaq. Bu münasibətlə Prezident İlham Əliyev ötən gün ayrıca Sərəncam imzaladı. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, 1926-cı ilin fevralında Bakıda təşkil olunmuş Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubiley tədbirləri keçiriləcək. İlk Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Prezidentin qərarı təqdirəlayiq addımdır.
Sərəncamda Bakı şəhərinin XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etdiyini vurğulayan Prezident İlham Əliyev həmin tarixi qurultayda irəli sürülən bir çox ideyaların müasir dövrümüzdə uğurla gerçəkləşdirildiyini və hazırda türk dövlətləri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində atılan addımların davamlı xarakter aldığını qeyd edib: "Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır".
Dövlət başçısı onu da bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində öz əksini tapıb. Yeri gəlmişkən, həmin çağırışın müəllifi də məhz Prezident İlham Əliyev idi. 20-ci yüzilin əvvəllərində Azərbaycanın və o cümlədən bütün Türk dünyasının mədəni və ictimai-siyasi həyatında baş vermiş ən mühüm hadisələrdən biri kimi tarixə keçən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi qərarı həm keçmişə sayğının nümunəsi, həm də gələcəyə yön verəcək ortaq iradənin göstəricisidir.
Yüz il bundan öncə olduğu kimi bu gün də ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyası və siyasi, iqtisadi, hərbi birliyi öz aktuallığını saxlayır. Bu baxımdan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi türk xalqlarını və dövlətlərini bir-birinə daha da yaxınlaşdıracaq və ortaq əlifba, ortaq dil istiqamətində birgə addımların atılmasını daha da intensivləşdirəcək. Azərbaycan latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsinin ilk təşəbbüskarı olan ölkə kimi Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirlərinə ev sahibliyi etməklə bütün türk xalqlarını yenidən bir araya gətirəcək. Bu, bütün Türk dünyasının birlik və həmrəyliyinə Azərbaycanın ən böyük töhfələrindən biri olacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri