Süni intellektin köməyi ilə xeyli pul oğurlandı KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Telefon fırıldaqçıları süni intellektdən istifadə etməklə, özlərini İtaliyanın müdafiə naziri Quido Krosetto və digər yüksək vəzifəli şəxslər kimi təqdim edərək bəzi italyan iş adamlarını pul köçürməyə inandırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası “Bloomberg” informasiya agentliyinə istinadən məlumat yayıb.
Zərərçəkənlər arasında “Prada” prezidenti Patrisio Bertelli, modelyer Corco Armani, “Pirelli & C. SpA”nın icraçı vitse-prezidenti Marko Tronketti Provera və Milanın “İnter” futbol klubunun keçmiş sahibi milyarder Massimo Moratti də var.
“La Repubblica” və “Corriere della Sera” kimi İtaliya mediasının məlumatına görə, Moratti onunla əlaqə saxladıqdan sonra pul köçürdüyünü etiraf edib.
Agentliyin məlumatına görə, fırıldaqçılar İran və Suriyada həbs edilən və ya oğurlanan İtaliya vətəndaşlarının azadlığa buraxılması üçün pul ödənilməsini istəyiblər.
Xatırladaq ki, bu yaxınlarda Rusiya hökuməti telefon fırıldaqçılarına qarşı mübarizə aparmaq məqsədilə biometriyadan istifadə etməklə həll yolu hazırlayır. Fırıldaqçıların biometriya məlumat bazasının yaradılması əməliyyat identifikasiyası sayəsində internet-cinayətlərinin müəyyənləşdirilməsinin effektivliyini artıracaq.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Fevral 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















