Icma.az
close
up
RU
Süni intellektin uydurduğu şahidlər vəkilə baha başa gəldi

Süni intellektin uydurduğu şahidlər vəkilə baha başa gəldi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ömürlük həbs cəzası almış müvəkkilinin apellyasiya prosesini aparan vəkil “ChatGPT”dən əldə etdiyi məlumatları yoxlamadan məhkəməyə təqdim edib. Sənədlərdə xəyali polis əməkdaşları və şahidlərin yer aldığı üzə çıxanda isə vəkil şok yaşayıb.
Demokrat.az
xəbər verir ki, ABŞ-da süni intellektin hüquq sahəsində istifadəsi ilə bağlı müzakirələrə diqqətçəkən bir nümunə əlavə olunub. Nyu-Meksiko ştatında təxminən 40 illik peşə təcrübəsinə malik müdafiə vəkili Stiven Aarons “ChatGPT”nin köməyi ilə hazırladığı apellyasiya ərizəsində reallıqda mövcud olmayan şahid ifadələrinə və səhv hüquqi presedentlərə yer verdiyi üçün məhkəməyə hörmətsizlikdə təqsirli bilinib.
Aarons qətl ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş müvəkkilinin apellyasiya prosesini aparırdı. İş çərçivəsində məhkəmə protokollarını və müxtəlif sənədləri “ChatGPT”yə yükləyən vəkil süni intellektdən aldığı xülasə və mətnləri kifayət qədər yoxlamadan məhkəməyə təqdim edib.
Bundan sonra Nyu-Meksiko Ali Məhkəməsi Aaronsın vəkillik lisenziyasını müvəqqəti dayandırıb. İş həmçinin onun barəsində intizam araşdırması aparılması üçün intizam şurasına göndərilib.
Məhkəmənin araşdırması zamanı ən diqqətçəkən məqamlardan biri ərizədə məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmiş polis əməkdaşları və şahidlərə aid olduğu iddia edilən ifadələrin yer alması olub.
Sənədlərdə bəzi məhkəmə presedentlərinin də səhv və ya təhrif olunmuş şəkildə təqdim edildiyi müəyyənləşdirilib. Buna görə Aarons 5 min dollar məbləğində cərimələnib.
Vəkil məhkəmədə bildirib ki, süni intellekt sistemlərinin bəzən reallıqda mövcud olmayan məlumatlar yarada bildiyini bilməyib və səhv də məhz bundan qaynaqlanıb.
Lakin hakim Si. Şennon Beykon bu izahatı kifayət hesab etməyib. Beykon vurğulayıb ki, vəkil süni intellektdən, hüquq tələbəsindən və ya başqa köməkçi mənbədən istifadə edə bilər. Ancaq məhkəməyə təqdim edilən sənədə imza atdığı andan etibarən həmin sənəddəki məlumatların doğruluğuna görə birbaşa məsuliyyət daşıyır.
Araşdırma zamanı Aaronsın müvəkkilini və onun ailəsini müdafiə prosesində süni intellektdən istifadə etdiyi barədə məlumatlandırmadığı da üzə çıxıb. Eyni zamanda ərizələrdə uydurma məzmunun yer aldığı barədə hər hansı açıqlama verilməyib.
Məhkəmə Aarons tərəfindən təqdim edilən bütün ərizələrin iş materiallarından çıxarılmasına qərar verib. Həbsdə olan müttəhimə isə apellyasiya prosesinin davam etdirilməsi üçün ictimai müdafiə xidməti vasitəsilə yeni vəkil təyin edilməsi qərara alınıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri