Icma.az
close
up
RU
Martin Ryanın məhkəməsində şahidlər dindirilib

Martin Ryanın məhkəməsində şahidlər dindirilib

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan İ.A. bildirib ki, 1997-ci ildən “Bon Accord” şirkətində anbardar işləyib: “1998-ci ildən isə “Bon Accord” şirkətində mütəxəssis işləmişəm. İndi həmin şirkətin rəhbəri vəzifəsində işləyirəm. Bu şirkət 1999-cu ildən əsasən neft sənayesi üzrə, boru təchizatı ilə məşğul olub. Boruları Almaniya, Rumıniya və digər ölkələrdən almışıq”.

O, Martin Ryanın nömrəsini ona həyat yoldaşının verdiyini bildirib:

“Həyat yoldaşıma da Martini məktəbdən bir valideyn məsləhət görmüşdü. Martin həm də fransız dilini bilirdi. Məktəbdə də fransız dili tədris olunurdu. Dedim ki, uşağın fransız dili təkmilləşsin. Övladımı onun yanına şahmat dərslərinə qoyduq. Martinlə aramda qısa dialoqlar olub. 2021-ci ilin payızında Martin mənə dedi ki, həm də çaxır biznesi ilə məşğuldur. Şərik axtardığını bildirdi. Mən əvvəl razı idim. Sonra məsləhətləşdim, Martinə razı olmadığımı bildirdim. Daha sonra  Martin xaricdən çaxır gətirmişdi. Mən də ondan iki qutu çaxır aldım. Sonra bizim növbəti görüşümüz baş tutdu. Görüşdə Martinin yanında Z.M. adlı bir şəxs də var idi. O, görüşdə Martinlə fransızca danışırdı.

Daha sonra mən belə bahalı içkiləri kimin alacağını soruşdum. Onlar isə mənə dedilər ki, xarici ölkə səfirlikləri tez-tez tədbir keçirir. Məhsulu onlar alacaq. Bu görüşdən sonra Martin mənimlə getdi. Yolda məndən Böyük Britaniya səfirliyi ilə əlaqəmin olub-olmadığını soruşdu. Mən isə heç bir əlaqəmin olmadığını bildirdim”.

Daha sonra şahid Martinlə dialoqu çərçivəsində aralarında olan söhbətlərə toxunaraq Martinin onun rəhbəri olduğu şirkət barədə maraqlandığını bildirib. O isə şirkətin əsas qərargahının Fransada yerləşdiyini Martinə deyib: "Bon-Accord” şirkətinin Azərbaycandakı filialının baş ofisinin 2019-cu ilədək Marsel şəhərində olduğu barədə və əvvəllər bu səbəbdən Fransaya tez-tez getdiyimi Martinə demişdim. Bundan sonra Martin ofisin Marsel şəhərinin hansı hissəsində yerləşdiyini, işlədiyim şirkətin hansı ölkənin filialı olduğunu, şirkətin sırf hansı fəaliyyətlə məşğul olduğunu məndən soruşdu. Mən isə cavabımda ofisin Marselin yaxınlığında Vitrol şəhərində yerləşdiyi, Böyük Britaniya şirkətinin filialı olduğu, boru və fittinqlərin idxalı və satışı ilə məşğul olduğu barədə ona dedim. 2005-2019-cu ilə kimi mərkəzi ofis Fransanın Marsel şəhərində olsa da, əslində bu şirkət beynəlxalq qrupun tərkibində idi".

Şahid həmçinin qeyd edib ki, 2023-cü ilin may ayında Martin Ryan ona zəng vurub görüş təklif edib: "Generatorların alqı-satqısı ilə bağlı görüşdük. Martin tək deyildi. Yanında bir rus milliyətinə bənzər qadın və iri cüssəli, ucaboy kişi var idi. Generatorların ölkəyə gətirilib satılması ilə bağlı təklif verildi. Mən analiz etdim ki, Azərbaycanda bu işlə kifayət qədər məşğul olan var. Onun üçün də mən buna razı olmadım. Bizim onunla Fransa şirkətləri ilə bağlı söhbətimiz oldu.

Daha sonra prosesdə iş üzrə şahid qismində tanınan İ.İ. ifadə verib.

Şahid bildirib ki, Bakı şəhəri 80 saylı Mənzil Kommunal İstismar sahəsində işləyir: “2023-cü ilin dekabrın 4-də iş yoldaşım ilə birgə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzillərin birinə məhkəmə qərarı əsasında DTX əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı öz razılığımız əsasında hal şahidi kimi iştirak etmişik. Orada olarkən bildik ki, bu mənzildə Azad Məmmədli yaşayır. Bundan sonra bizdən Azad Məmmədlini tanıyıb-tanımadığımızı soruşdular. Biz də tanımadığımızı bildirdik. Bundan sonra bizim və ev sahibinin iştirakı ilə evə baxış keçirildi. Baxış zamanı evdə fləşkartlar, mobil telefonlar, noutbuk kompüterləri, çoxlu sayda vizit kartlar və digər əşyalar aşkar edildi”.

Məhkəmənin növbəti prosesi 2 fevralda keçiriləcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri