Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Süni intellektli gələcəyə baxış MƏQALƏ

Süni intellektli gələcəyə baxış MƏQALƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkənin rəqəmsal inkişaf strategiyası və informasiya-kommunikasiya texnologiyaları sahəsində gələcək prioritetlər müzakirə olunub. Dövlətimizin başçısı bu sahədə atılacaq addımlarla bağlı tapşırıqlar verib. Bəllidir ki, XXI əsrin əsas resursu məlumat, əsas gücü isə süni intellektdir. Bu müşavirə məhz ölkənin inkişaf modelində keyfiyyətcə yeni istiqaməti müəyyənləşdirdi. Dövlətimizin başçısının sözləri ilə desək, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Bu, sadəcə texnoloji yenilənmə deyil, həmçinin strateji seçimdir.

Bu fikirlər texnika üzrə fəlsəfə doktoru Nizami Novruzovun “Süni intellektli gələcəyə baxış” sərlövhəli məqaləsində yer alıb. Məxsusi olaraq AZƏRTAC üçün hazırlanmış məqaləni təqdim edirik:

Azərbaycanın coğrafi mövqeyi - Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə həmin üstünlüklərə rəqəmsal infrastruktur daxil olmalıdır. Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr də gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın yaşıl enerji əsaslı data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.

Onu da qeyd edək ki, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. Prezident İlham Əliyevin süni intellekti və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlığın ayrıca əksini tapması, eyni zamanda, Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli iş birliyi imkanlarını genişləndirir. Azərbaycanın mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün ölkəmizin həm praktiki, həm də iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.

Prezident İlham Əliyev, həmçinin regionların rəqəmsal imkanlarının genişləndirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, paytaxtla bölgələr arasında rəqəmsal fərqin aradan qaldırılması sosial ədalətin təmin olunmasına və iqtisadi fəallığın artmasına xidmət edəcək. Bu məqsədlə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsinin artırılması, regionlarda elektron xidmətlərin əlçatanlığının təmin edilməsi və rəqəmsal savadlılığın yüksəldilməsi prioritet vəzifələr sırasındadır. Onun sözlərinə görə, investisiya mühiti də rəqəmsal transformasiya üçün əlverişlidir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Xarici investisiyaların qorunması, uzunmüddətli neft-qaz müqavilələrinin sabit icrası transmilli şirkətlərlə etibarlı tərəfdaşlıq modelini formalaşdırıb.

Qeyd etmək lazımdır ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm də yumşaq bacarıqların öyrədilməsi daha da vacib hal alır. Nəticə etibarilə, süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm də öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq qurmaq və mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Ən vacib bacarıq işi süni intellektə tapşırmadan əvvəl onu özün bacarmağı öyrənməkdir. Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müşavirə onu göstərdi ki, ölkəmiz artıq rəqəmsallaşmanı ayrı-ayrı xırda layihələr kimi yox, vahid plan və idarəetmə ilə icra etmək mərhələsinə keçir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri