Icma.az
close
up
RU
Süni intellektli robotlar müharibəyə göndərilir Trampın oğlu da alacaq

Süni intellektli robotlar müharibəyə göndərilir Trampın oğlu da alacaq

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin "Foundation Future Industries" şirkətinin hazırladığı və Ukraynada sınaqdan keçirilən süni intellektlə idarə olunan humanoid robotların yaxın illərdə silahlandırılaraq döyüş əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, şirkətin baş direktoru Sanket Patak bildirib ki, "Phantom" adlı robotların silahlandırılması ilə bağlı sınaqlara 2027-ci ilədək başlanması nəzərdə tutulur. Hazırda robotlar Ukraynada keçirilən pilot proqramlarda uğurla sınaqdan çıxarılıb.

Şirkət rəsmisinin sözlərinə görə, bu robotlar insan əsgərləri əvəz etmək üçün deyil, onların üzərinə düşən ən təhlükəli tapşırıqları yerinə yetirmək məqsədi daşıyır. Onların kəşfiyyat, binaların yoxlanılması, sursat və avadanlıqların daşınması kimi riskli əməliyyatlarda istifadə olunması planlaşdırılır. Sezar pizza

Patak qeyd edib ki, humanoid robotların əsas üstünlüyü hava zərbələrinin həyata keçirə bilmədiyi yüksək dəqiqlikli əməliyyatları icra etməsidir. Bu, xüsusilə mülki şəxslərin itkilərinin və infrastrukturun zədələnməsinin minimuma endirilməsinə kömək edə bilər.

BMT isə tam avtonom silah sistemləri ilə bağlı narahatlığını ifadə edib. Təşkilatın Baş katibi Antonio Quterreş insan nəzarəti olmadan hədəf seçərək öldürə bilən sistemləri "qatil robotlar" adlandırıb və onların beynəlxalq səviyyədə qadağan olunmasına çağırıb.

Şirkətin məlumatına görə, "Phantom" robotları adi çat-botlardan fərqli olaraq "dünya modeli" adlanan süni intellekt texnologiyası ilə işləyir. Bu sistem ətraf mühiti analiz edərək obyektlərin və hadisələrin necə dəyişəcəyini əvvəlcədən proqnozlaşdıra bilir.

Hazırda şirkət daha dayanıqlı "Phantom 2" modelini hazırlayır. Yeni robotun 80 kiloqrama qədər yük daşıya biləcəyi, toz və suya davamlı olacağı, zərbələrə qarşı müqavimətinin isə xeyli artırılacağı bildirilir.

Şirkət bu robotları hərbi və kommersiya müştərilərinə illik təxminən 100 min ABŞ dolları müqabilində icarəyə təqdim edir. Layihənin investorları arasında ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp və bir sıra  investisiya fondları da yer alır.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyul 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri