Super Liqa: “Konyaspor” “Gənclərbirliyi”ni məğlub edib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Super Liqasının doqquzuncu turunda “Konyaspor” doğma meydanda “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Konya Böyükşəhər Bələdiyyəsi stadionunda keçirilən qarşılaşmada hər iki qolun müəllifi Çidozi Avaziyem olub.
Meydan sahibləri 43-cü dəqiqədə hesabı açıblar. Dəniz Türüçün ötürməsindən sonra fərqlənən nigeriyalı müdafiəçi komandasını fasiləyə üstün yollayıb.
İkinci hissədə də təşəbbüs “Konyaspor”un tərəfində olub. Avaziyem 56-cı dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib.
“Gənclərbirliyi”nin hesab arasındakı fərqi azaltmaq imkanı olsa da, qonaqlar bundan yararlana bilməyiblər. 75-ci dəqiqədə Franko Tonqya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Beləliklə, “Konyaspor” doğma meydanda iki cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, komandaların ötən mövsümdəki hər iki çempionat qarşılaşmasında da “Konyaspor” qalib gəlib - 2:1 və 1:0.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 25 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















