Icma.az
close
up
RU
“Super meyvə” kimi tanınır: Yaşlanmanı gecikdirir

“Super meyvə” kimi tanınır: Yaşlanmanı gecikdirir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yalovanın coğrafi işarə ilə qeydiyyata alınmış kənd təsərrüfatı məhsullarından biri olan və yüksək antioksidant tərkibinə görə “super meyvə” adlandırılan aronyanın yığım mövsümünə hazırlıq gedir.


Sherg.az xəbər verir ki, bu il ikinci dəfə keçiriləcək “Yalova Aronya və Təbii Aromatik Bitkilər Festivalı” çərçivəsində ilk məhsulun yığımı 12 sentyabrda başlanacaq. Ötən il təxminən 200 ton məhsul götürülmüşdüsə, bu il 25 faiz artımla 250 ton aronya əldə ediləcəyi gözlənilir. 2012-ci ildə Yalova Atatürk Bağçılıq Tədqiqat İnstitutunda uyğunlaşdırma işlərinə başlanan bu sağlamlıq deposu meyvənin ilk bağı 2017-ci ildə İl Kənd Təsərrüfatı və Meşə İdarəsi tərəfindən salınıb. 2021-ci ildə coğrafi işarə alan aronya, hazırda 150 fermer tərəfindən 510 dekar sahədə becərilir. Meyvənin vətəni Şimali Amerikadır.


“Faydaları saymaqla bitmir”

Yığım öncəsi Ortaburun kəndində aparılan yoxlamada İl Kənd Təsərrüfatı və Meşə müdiri Mustafa İlmeç, meyvənin yetkinlik səviyyəsini ölçmək üçün “brix” dəyərini yoxlayıb. Onun sözlərinə görə, məhsulun yığımı üçün bu göstərici 18- 24 arası olmalıdır və yoxlanılan bağda aronya artıq yığım üçün hazırdır.

İlmeç bildirib:

“Aronya üzümə bənzəyən bir meyvədir. Onun əsas xüsusiyyəti çox yüksək antioksidant dəyərlərinə sahib olmasıdır. Beyin və sinir sisteminə faydalıdır, yaşlanmanı gecikdirici təsiri var, həmçinin soyuqdəymə və qripə qarşı bədənin müqavimətini artırır”.


Ləzzətli məhsulları da hazırlanır

Aronyadan yalnız təzə meyvə kimi deyil, paxlava, qatıq və peçenyə kimi müxtəlif məhsullar da hazırlanır. İlmeç qeyd edib ki, bu meyvə tədricən ölkədə tanınır və insanların dad zövqünə uyğunlaşır.


Fermerin hekayəsi

70 yaşlı Süphan Yarkın, 2019-cu ildən bəri aronya istehsalı ilə məşğuldur: “Uzun illər dövlət qulluqçusu oldum, təqaüdə çıxdıqdan sonra İl Kənd Təsərrüfatı və Meşə İdarəsinin dəstəyi ilə aronyaya başladım. İlk dəfə bir dostumun vasitəsilə tanıdım və yaxşı ki, başlamışam. Hazırda 3,5 dönümdə becərirəm. Təxminən 6 ildir istehsal edirəm. Satışda bazar problemi yaşayırıq. Keçən il məhsul az idi, hava şərtlərindən asılıdır. Bu il daha yaxşıdır, amma bir günlük qar belə məhsula təsir edə bilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Sentyabr 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri